semra

Azərbaycanı 61-ci "Eurovision” Mahnı Müsabiqəsində təmsil edəcəyi deyilən Səmra Rəhimlinin iştirakı təsdiqini tapıb.

2010, 2011 və 2012-ci illərdə Azərbaycanın Eurovision mahnılarını hazırlayan isveçli söz yazarı Sandra Bjurman sosial şəbəkədə Səmrayla birgə fotosunu paylaşıb.

Ukraynada çəkilən foto bir neçə saat sonra Sandranın səhifəsindən silinib. Lakin sözügedən foto Türkiyədə "Eurovision” xəbərlərini yayımlayan "eschalley.com”da işıqlandırılıb.

Sayt iddia edib ki, Səmra Rəhimli Eurovision səhnəsində "Miracle” adlı mahnı ilə çıxış edəcək.

Qeyd edək ki, Sandra Bjurman Safura Əlizadənin "Drip drop”, Ell and Nikkinin "Running scared”, Səbinə Babayevanın "When the music dies” mahnılarının söz yazarıdır.(Qafqazinfo)

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300