Taryel Bayramov:"İşsiz gənclərin dini cəryanlara meyllənməsi artır"İşsiz gənclərin dini cəryanlara meyllənməsi artır.


"Demokratik Dəyərlərə Dəstək” İctimai Birliyinin sədri Taryel Bayramovla  ölkədəki işsizlik problemi ilə bağlı uluyol.info olaraq fikrini öyrəndik:

 

-         Taryel bəy, ölkədə gənclərin daha çox hansı problemlə üzləşməsini söyləmək olar?

 

– Əslində gənclərin problemi kifayət qədər çoxdur. Amma daha çox ölkədə gənclər işsizlikdən əziyyət çəkirlər. Yəni iqtisadi böhran daha çox gənclərin işlə təmin olunmasında problem yaradır. Belə ki, yeni ixtisasa yiyələnən və yeni işə başlamaq işləyən bu yaş qrupunu hər kəs işə götürməkdə maraqlı deyil. Eyni zamanda mövcud durum özünü hər hansı sahədə göstərmək istəyən gənclərin qarşısını alır. Özəl şirkətlər, müasir texnologiyaya söykənən xidmət və servis işlərinin zəifləməsi problemi daha da qabarıq şəkildə göstərir.

 

-         Əgər situasiya çcətindirsə, gənclər daha çox nəyə ümid bəsləyə bilər ki, öz gələcəklərini qura bilsinlər?

 

– Çox haqlı sualdır. Əslində ölkə ərazisində bu problemi həll etmək olduqca çətindir. İş yerləri sıradan çıxıb. Ictimai təşkilatların fəaliyyəti çətinləşib. Burada çalışan gənclər ümidlərini dini təriqətlərə bağlayıblar. Eyni zamanda bu durumda gənclərin zərərli vərdişlərə, oğurluğa, cinayət hallarına meyl etməsi labüd olur. Digər tərəfdən təbii yaşamlarını təmin etmək üçün gənclər digər ölkələrə, xüsusilə Rusiyaya getməyə üz tutacaqlar. Rusiyada isə normal iş şəraiti və yaşayış təminatı olmadığından gənclərimizi orada nə gözləyəcəyini düşünmək olduqca çətindir.

 

-         Taryel bəy, hökumət bu durumda nələr edə bilər ki, gənclər işlə təmin olunsun və Rusiyaya üz tutmasın?

 

– Əslində hökumət vaxtında siyasi iradə nümayiş etdirib neft gəlirlərini istehsal və xidmət müəssisələrinin, o cümlədən regionlarda bu tipli müəssisələrin yaradılmasını təmin etməliydi. Heç olmasa normal biznes mühiti yaradılmalıydı ki, gənclərin də biznes bacarıqları inkişaf etsin. Hazırda bankların kredit vermək imkanları məhdudlaşıb, ölkədə bürokratik əngəllər var. Təsəvvür edin ki, hər hansı biznes qurmaq istəyən gənci nə qədər bürokratik əngəllər, korrupsiya tələbləri, müxtəlif yoxlamalar gözləyir. Bu durmuda onsuz da biznes qurmaqda perspektiv görməyən gəncin biznesə üz tutması inandırıcı görsənmir. Gənclərin işsizliklə üz-üzə qalması isə bu gün bizim reallığımızdır.

 

Uluyol.info

Elvin İbrahim

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300