Bu günki Günəş tutulması insanlara hansı mesajı çatdırır?


 

"Siz zülm etməkdə, günah törətməkdə həddi aşan bir qövmsünüz deyə, sizi başlı-başına buraxıb Quranı sizə təbliğ etməkdən vaz keçməliyikmi?!” Quran, "Qızıl bəzəklər” surəsi, 5-ci ayə.
  
Bildiyimiz kimi bu gecə (martın 8-dən 9-na keçən gecə) 3:20-dən başlayaraq Günəş tutulması baş verəcək. 
Əvvəlcə qeyd edim ki, bütün Günəş tutulmaları bir qayda olaraq Quranın səhifələrinin sayının  (286) üç misli olan 858 ədədinə bağlanır. Yəni, hər tutulmanın 858-ci günü təkrar tutulma baş verir.
 
 (bax: aşağıdakı 858 gündən bir baş verən Günəş tutulmalarının cədvəlinə). 

Bugünkü tutulma da özündən əvvəlki – 3 noyabr 2013 tarixli Günəş tutulmasının 858-ci günüdür (3 noyabrdan da 858 gün qabaq – 1 iyul 2011-ci ildə Günəş tutulmuşdu).
 
Yeri gəlmişkən, digər maraqlı məqamı da diqqətinizə çatdırım ki, son dövrlər baş verən təyyarə qəzalarının monitorinqi  göstərir ki, eyni markalı təyyarələr də 858 günün tamamında təkrar qəzaya uğrayır. Bu barədə keçən yazımda faktlar sadalamışdım.

 Bu gecəki Günəş tutulmasında diqqət çəkən digər məqam onun Ay (Qəməri) təqvimi ilə ayın (cəmadiül-əvvəl) 29-da baş verməsidir (qeyd edim ki, bütün Günəş tutulmaları bir qayda olaraq Ay təqviminin 29-cu günləri baş verir). 
(bax: aşağıdakı şəklə). 

Cədvəldən görünür ki, Günəş tutulmaları bir qayda olaraq ayın 29-da baş verir. Bunun mənasını anlamaq üçün 29 ədədinin hikmətinə nəzər salaq. Əvvəlcə qeyd edim ki, 29 ədədi Yer əhlinə – yəni insanlara işarədir. Çünki, yerin insan yaşayan quru hissəsi 29 %-dir (yeri gəlmişkən, bu hikmət insanın anatomik quruluşunda da özünü büruzə verir. Belə ki, insan anatomiyasında mövcud olan su ilə bərk cisim 29-un 71-ə nisbətindədir).

"Quran”ın 29-cu (!) surəsi "Hörümçək” adlanır və şər qüvvələrə, bugünkü mafiya və monopoliyalara işarədir. Bildiyimiz kimi, bu gün Yer kürəsinin 29 %-də yaşayan insanlar şər qüvvələrin, mafiyaların qurduqları hörümçək torunda çabalamaqdadırlar. Qurani - Kərimdə Günəş tutulması qiyamətin əlaməti olaraq qeyd edilir. XXI əsrdə bu əlamətin (tutulmanın) 29 ədədi altında baş verməsi, artıq Yer əhlinə xəbərdarlıq kimi qəbul edilməlidir. Sübut üçün bildirim ki, 29-cu surə 69 ayədən ibarətdir. 69 ədədi isə "Haqq olan qiyamət” surəsinin sıra nömrəsi olduğundan, "Quran”da qiyamət rəmzi sayılır. Yəqinlik olması üçün daha bir dəlil gətirim ki, 29-cu ayə "Quran”da 69 dəfə keçir. (Yəni, müqəddəs kitabın cəmi altmış doqquz surəsində 29-cu ayə var. Qalan surələrdə ayələrin sayı 29-dan azdır).

Bütün bunlar onu göstərir ki, qiyamətin əlaməti olan Günəş tutulmaları riyazi yolla "Haqq olan qiyamət” (69) surəsi ilə əlaqələnir. Bütün bunlar qiyamətin yaxınlaşması haqqında insanlara xəbərdarlıq olmaqla yanaşı, həm də bu müqəddəs kitabın düzülüşünün (nömrələnməsinin) Allahın iradəsi altında baş verdiyini təsdiqləyir.
Bu gecəki Günəş tutulmasının ilin 69-cu günü baş verməsi fikrimizi bir daha təsdiq edir.

29 x 69 = 2001

Göründüyü kimi, bu hikmətli ədədlərin hasili XXI əsrin başlanğıcını göstərir. Yəni, dünyanı əhatə edən və bəşəriyyəti istismar edən mafiya və monopoliyaların dağılması Allahın iradəsi ilə XXI əsrdə baş verəcəkdir.

Son illər diktatorların (zalımların) hakimiyyətə gəlməsini araşdıran jurnalistlərin tədqiqatlarında bir məqam diqqəti cəlb edir ki, onlar hakimiyyətə bir qayda olaraq 69 ədədi altında (69-cu ildə) gəlmişlər. Bu da qiyamətin yaxınlaşmasını bildirən əlamətlərdəndir. Məhz onların hakimiyyətə gəlməsi ilə 29 faizlik Yerdə zülmün əsası qoyuldu və mafiyalar bəşəriyyəti hörümçək kimi tora saldılar.

Diktatorların əsasən müsəlman ölkələrində hakimiyyətə gəlməsini əsas götürən ateistlər bunu İslam dini ilə əlaqələndirmək kimi uğursuz bir cəhd edirlər.
Məsələyə açıq gözlə baxdıqda isə, bunun tam əksini görmək mümkündür. Yəni, 29 faizin hər yerində zalımları hakimiyyətə gətirən və bu günədək onarın hakimiyyətini hər vəchlə qoruyub saxlayan əslində qeyri müsəlmanlar – yahudi və xaçpərəstlərdir. Bunu görmək üçün heç də yüksək savad tələb olunmur. Sadəcə azacıq gözü açıq olmaq yetərlidir. 

Fərəhli haldır ki, elm və peyğəmbərlik əsri olan XXI əsr başlayandan bəri, bu hörümçək toru dağılmağa başlayıb və Rəbbimin iradəsi ilə bu proses irəliləməkdədir. 

Bundan əvvəlki yazılarımı astronomik hadisələrin, müəmmalı təyyarə və qatar qəzalarının monitorinqinə həsr etmişdim. 29 faizlik Yerdə baş verən sirli qəzaların pərdəarxası məqamlarını Elmi-ladunla işıqlandırdıqda, aydın görmək olur ki, Rəbbim yolun azmış (bəşəri dəyərlərdən uzaqlaşmış) xalqlara  və onların zülm etməyi sevən rəhbərlərinə xəbərdarlıq edir ki, tövbə edib, doğru yola qayıtsınlar və bir-birlərinə züm etməkdən çəkinsinlər. Əks halda xalqları və onların  rəhbərlərini ağılasığmaz bəlalar gözləyir.
İnsanlar dünyada baş verən və günü-gündən intensivləşən fəlakətlərə açıq gözlə baxsalar, yolun azmış bəşəriyyətin necə cəzalandığını hər gün görə bilərlər. 

 Bir vacib məqamı da diqqətinizə çatdırım: elmi-ladun hesablamalarımız göstərir ki, XXI əsr qiyamət əsridir. Yerdə həyat bu əsrdə başa çatacaq. Ancaq bundan qabaq mikroqiyamətlər (indiki kimi zəlzələ və digər dağıntılar) olacaq ki, bununla yer kürəsi təmizlənəcək və yaşamağa layiq olan 29 faiz əhali qalacaq. Bundan sonra Yerdə haqq, ədalət bərqərar olacaq və gözəl bir dövr başlayacaq. İnsanlar nəhayət bu dünyada haqqın-ədalətin nə olduğunu biləcəklər. Ondan sonra həyat başa çatacaq. Bu çox uzaq bir zamanda deyil. 2002-ci ildən Yerin təmizlənmə prosesi başlayıb və günü-gündən intensivləşir. Hesablamalar bu prosesin yaxın aylarda başa çatacağını göstərir. Bununla da indiki şeytani dövr bitib, ciddi və ədalətli dövr başlayacaq...

"Yoxsa sizi qorxutmaq (xəbərdar etmək üçün) içərinizdən olan bir adam vasitəsi ilə Rəbbinizdən sizə bir xəbərdarlıq gəlməsinə təəccüb edirsiniz? Xatırlayın ki, Allah sizi Nuh tayfasından sonra onun yerinə gətirdi, sizi xilqətcə onlardan daha qüvvətli etdi. Allahın nemətlərini yada salın ki, bəlkə, nicat tapasınız!” Quran.

(c) Allahın aciz qulu və carçısı:  Paşa Yaqub

Söz ardı: din böyükləri məsləhət bilmişlər ki, Günəş (Ay) tutlması vaxtı iki rükət namaz qılıb, Allahdan tövbə və bağışlanma diləmək Allah dərgahında bəyənilən əməllərdəndir.

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300