Süni qidalara keçid sürətlənibNüfuzlu mərkəzlərdən MÜHÜM TƏDQİQAT

 

2035-ci ilə doğru dünyada istehsal olunan ət, yumurta, süd və dəniz məhsullarının onda biri alternativ zülallardan əldə olunacaq.

Musavat.com xəbər verir ki, bu barədə "Boston Consulting Group” (BCG) və "Blue Horizon Corporation” şirkətlərinin birgə tədqiqat hesabatında məlumat verilir.

Tədqiqatı aparan ekspertlər xəbərdarlıq edirlər ki, 2035-ci ilədək alternativ qida bazarının həcmi 290 milyard dollara çatacaq. Baza ssenarisinə əsasən dünyada illik alternativ qida istehsalı indiki 13 milyon tondan 2035-ci ildə 97 milyon tona çatmaqla ümümi zülal bazarının 11 faizinə bərabər olacaq. Texnoloji proseslər sürətlənərsə, bu həcm daha yüksək ola bilər.
Tədqiqatda qeyd edilir ki, süni qida bumu ətraf mühitə müsbət təsir göstərməklə yanaşı, bəşəriyyətin aclığa qalib gəlməsinə səbəb olacaq. Məsələn, bitki əsaslı ət və yumurtaya keçid 1 geqaton CO2-yə qənaət etməyə imkan verəcək. Bu, Yaponiyanın 1 il ərzində enerjidən ümumiyyətlə, istifadə etməməsinə bərabər bir göstəricidir. Həmçinin bu, Londonu 40 il ərzində təchiz edəcək həcmdə - 39 milyard kubmetr suya qənaət etməyə imkan verəcək.

Tədqiqat müəlliflərinin gözləntilərinə görə, 2023-2025-ci illərdə alternativ ərzaqların qiyməti və dadı ənənəvi ərzaqlarla eyni səviyyəyə çatacaq.

Qeyd edək ki, Dünya İqtisadi Forumu da süni qida bazarında ciddi artım proqnozlaşdırır. Forumun hesablamalarına görə, 2050-ci ildə əhalinin sürətli artımı hesabına dünyada ətə olan tələbat indikindən iki dəfə çox olacaq. Bu zaman növbəti 10 il ərzində dünya ət bazarının 30 faizə yaxını süni ətlərdən ibarət olacaq. Daha sonrakı 10 ildə isə bu pay 60 faizin üzərinə qalxacaq. Bu o deməkdir ki, 2040-cı illərdə artıq təbii ətin dünya bazarında payı 40 faizə düşəcək.

A.T. Kearney şirkətinin hesablamalarına görə, 2018-ci ildə dünya ət bazarının həcmi 1 trilyon dollara çatıb. Bu zaman illik ət istehlakı 3 faizə yaxın artdığı halda, təbii ətə olan tələbat 3 faiz azalıb. Dünyada vegetirian və veqanların(heyvan və quş mənşəli heç bir qidanı – yumurta, süd və sair- qəbul etməyən) sayının sürətlə artması da təbii ətə olan tələbatın azalma sürətini artırır. Bu, həm də bitki əsaslı ət əvəzedicilərinin kütləvi istehsalını stimullaşdıran əsas faktorlardan birinə çevrilir. İnkişaf etmiş ölkələrdə marketlərdə vegetirian və veqanlar üçün ayrıca rəflərin qoyulması praktikası getdikcə genişlənir – sırf belə insanlar üçün istehsal olunan qidaların istehsalı kimi. Bu baxımdan, xüsusi laboratoriyalarda vegetirian və veqanlar üçün bitki mənşəli ət məhsulları istehsalını quran Impossible Foods, Just Meat ve Beyond Meat şirkətlərinin istehsal həcmlərinin sürətli artımı təəccüblü görünmür.

Hesablamalar göstərir ki, süni ət istehsalı üçün istifadə olunan xammalın 1 kiloqramının məhsuldarlığı təbii ət istehsalındakından 5 dəfə çoxdur. Yəni 1 kiloqram təbii ət əldə etmək üçün lazım olan taxılla 5 kiloqram süni ət əldə etmək mümkündür. Bu isə heyvandarlıq üçün yararlı sahələrin getdikcə azaldığı indiki dövrdə ciddi stimuldur.

Mədəni və bitki əsaslı ətlərin istehsalını stimullaşdıran daha bir amil onların yararlılıq müddətinin təbii ətə nisbətən daha uzun olmasıdır. Eyni zamanda süni ət istehsalında Afrika vəbası, salmonella,yaxud brüselyoz, quş qripi kimi təhlükələr də mövcud deyil.

Dünya İqtisadi Forumunun hesablamalarına görə, bitki əsaslı ət istehsalı üçün keçid dövrü daha az olsa da, mədəni ət istehsalı tezliklə onu üstələyəcək. Qurumun ən ən maraqlı qənaəti isə budur ki, bəşəriyyət süni ət istehsalı ilə dayanmayacaq. Biotexnologiyaların inkişafı tezliklə insan oğlunun süd, yumurta və dəniz məhsullarının da sünilərini istehsal etməsinə imkan verəcək.

Nəhayət, bitki əsaslı ət, həmçinin mədəni ət ekoloji cəhətdən daha təmiz olduğuna görə təbii ətdən daha cəlbedici hesab olunur.

Dünya, musavat.com

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300