Tələbələrdən

«28 May» Metrosunun çıxışında yerləşən «Bahar Lahmacun» qiymətləri bahalaşdırıb.

Uluyol.info Miq.az-a istinadən xəbər verir ki, bu barədə Neft və Sənaye Universitetinin bir qrup tələbəsi yazıb.

Onların sözlərinə görə, əvvəllər «Berat Lahmacun» kimi tanınan, sonralar isə adı dəyişərək «Bahar Lahmacun» adlandırılan restoran qiymətləri əhalinin çox olduğu ərazidə sui-istifadə hallarına yol verərək bahalaşdırıb.

Tələbələr bildirirlər ki, Neft və Sənaye Universitetinin yaxınlığında yerləşən restoranın qiymətləri süni bahalaşdırması onlara ciddi problem yaradıb. «Belə ki, tələbələrin tez-tez müraciət etdiyi bu obyektin bu şəkildə qiymət artımına yol verməsi açıq-aşkar cibimizə girməkdir. Tutaq ki, Bakının hər yerində 1 dönər və ayranın ümumi qiyməti 1.5 AZN olduğu halda, burada 3 manat 20 qəpik civarındadır. Bu da tələbələr üçün həddindən artıq bahadır. Bundan başqa, digər yemək və içkilərin də qiyməti həddindən artıq bahalaşdırılıb».

Şikayət edən tələbələr bildirirlər ki, ölkədə nurçuların vurulmasından sonra «Berat Lahmacun»un adının dəyişdirilərək «Bahar» adlandırılması da təsaüdüfi deyil. Onlar bildiriblər ki, belə mərkəz bir ərazidə mövcud olan və süni qiymət artımına yol verən restoranın arxasında tanınmış məmurlardan biri dayanır. Ona görə də heç kim bu restorandakı süni bahalaşmaya etiraz da edə bilmir.

Ötən gün əməkdaşımız şikayətlə bağlı «Bahar Lahmacun»da olub. Orada çalışanlar qiymətlərin bahalaşdırılmasının səbəbini müştərilərin çox olması ilə əlaqəli olduğunu deyiblər. Həmçinin bildiriblər ki, bu, rəhbərliyin tapşırığıdır.

Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq. 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300