Daha bir orta məktəbin dam örtüyü uçdu FOTO
Bakıda əsən güclü külək nəticəsində 319 nömrəli tam orta məktəbin dam örtüyünün bir hissəsi uçub.
Bu barədəMusavat.com-a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən bildirilib.
Qeyd edilir ki, digər bir neçə məktəbin həyətində isə
ağacların aşması, xüsusi konstruksiyaların zədələnməsi halları müşahidə olunub.
Müvafiq təhlükəsizlik tədbirlərinin təmin edilməsi ilə bağlı xəbərdarlıq
olunub. Hava şəraiti imkan verən kimi küləyin törətdiyi fəsadların aradan
qaldırılması təmin ediləcək.