Məlumatda bildirilir ki, Habil Məmmədov market sahibləri ilə mövcud vəziyyətlə bağlı müzakirələr aparıb.

Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamentinin rəisi vəzifəsinin müvəqqəti icraçısı, Büdcə proqnozlarının icrası üzrə nazirin müşaviri Habil Məmmədov ötən həftənin sonlarında paytaxtdakı böyük marketlərin rəhbərləri ilə görüş keçirib.

Bu barədə İstiqlal.az-a Vergilər Nazirliyindəki mənbə məlumat verib.

Məlumatda bildirilir ki, Habil Məmmədov market sahibləri ilə mövcud vəziyyətlə bağlı müzakirələr aparıb. Həmçinin o, sahibkarlara əlavə «tas» qoyub. Market sahiblərinə bildirilib ki, bundan sona ödədikləri vergidən əlavə ümumi dövriyyənin 6 faizini də «haqq» ödəyəcəklər.

Xatırladaq ki, ötən aylarda dövriyyənin 2 faizi tələb olunmuşdu və bir müddət sonra bu rəqəm 4 faizə qaldırılmışdı. Devalvasiyadan sonra ölkədə onsuz da çətin vəziyyət yaranıb. Bakı və bölgələrdə çox sayda mağazalar bağlanıb, ticarət «ölü nöqtə»yə düşüb. Belə bir vaxtda market sahiblərinə əlavə «tas» qoymaq durumu daha da pisləşdirəcək. Bu tələb market sahiblərinin narazılıgına səbəb olması ilə yanaşı, həm də qiymətlərin süni sekilde artmasına gətirib cıxardacaq və nəticədə yenə sadə vətəndaşlar zərər çəkəcəklər.

Prezident İlham Əliyev dəfələrlə əvvəl qanunsuz yoxlamalara, iş adamlarına qarşı haqsızlığa son qoymağı tələb edib. Dövlət başçısı həmçinin sahibkarları incidən məmurların ciddi şəkildə cəzalandırılacağını bildirib. Amma görünür prezident tapşırığı Vergilər Departamentinin rəisi Habil Məmmədovun qulağına gedib çatmayıb. (istiqlal.az)

 

Uluyol.info

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300