Mijatoviç: «Prezident Əliyev fasiləsiz təzyiq göstərib»ATƏT-in media azadlığı üzrə təmsilçisi Dunja Mijatoviç bu vəzifədə olduğu altı il ərzində qurumun 57 üzv ölkəsində mətbuat azadlığının pisləşdiyini deyir. Bu barədə Karneqi Fondunun saytında Judy Dempsey yazır.

Mijatoviç martın 10-da vəzifədən gedir. O, müəllifə deyib ki, media azadlığının getdikcə daha artıq təhlükəyə məruz qaldığını düşünür və bu dəyəri müdafiə etmək demokratik hökumətlərin boynuna düşür: «Ancaq Orta Asiyada buna əməl etmirlər. Burada media çox zəif durumdadır. Vaxtilə regionda bu mənada öndə gedən Qırğızıstanda media azadlığına təhlükə yaranıb».

Mijatoviç Azərbaycandan da danışıb. Deyib ki, prezident İlham Əliyev müstəqil jurnalistlərə və müstəqil qeyri-hökumət təşkilatlarına qarşı fasiləsiz təzyiq kampaniyası aparıb, onlarla fəal hazırda dəmir barmaqlıqlar arxasındadır.

«Çoxları belə düşünür ki, Azərbaycandakı təzyiq hökumətin Ukraynada prezident Viktor Yanukovych-in devrilməsi ilə nəticələnmiş Maydan hərəkatından qorxusu, yaxud neftin ucuzlaşmasıyla bağlıdır», – Mijatović deyib.

ATƏT təmsilçisi, səbəbindən asılı olmayaraq, beynəlxalq ictimaiyyətin bu tip təzyiqə reaksiyasını tənqid edir: «Mən və insan haqları ilə işləyən digərlərinin dediklərinə səs verən ölkələr olmalıdır. Hüquqlarının müdafiəsi səbəbindən həbsə atılanlar var. Qorxudulan, döyülən, öldürülən, məhkəmə istintaqı görməyən insanlar var. Bu, təkcə Azərbaycanda deyil, bir çox ölkələrdə baş verir».

AzadlıqRadiosunun məlumatına görə, Mijatoviç mətbuat azadlığına təsir göstərən bir səbəb kimi media sahiblərindən də söz açır. Belə ki, Rusiya, Ukrayna, Qərbi Balkanlarda media elita və oliqarxların siyasi alətinə çevrilib: «Rusiyada vətəndaş cəmiyyətinin necə zəiflədiyini görürsünüz. Müstəqil media yoxa çıxmaqdadır. Ancaq bu, çiyinlərimizi çəkməklə sonuclanmamalıdır. Peşəsini qorumaq istəyən insanlarla işləməliyik».

Uluyol.info

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300