"Təhsildəki boşluqlar"-Ekspert yazır...Azərbaycan təhsil sisteminin daha bir uğurununmartın 6-da şahidi olduq .Ağlayanlar, kövrələnlər, qanı qaralıb evə getməyənlər, "boğazımızdan kəsib sənə, sənin hazırlığına verdiyimiz pullar" deyənlər, qarğış edənlər, narazı qalanlar, baş götürüb getmək istəyənlər….. daha nələr və nələr…? Sözüm yenə də Təhsil Nazirliyi və Tələbə Qəbulu komissiyasınadır…. ”Qəbul imtahanı test üsulu ilə iki mərhələdə keçirilir. İmtahanın birinci mərhələsi 2016-cı il martın 6-da, ikinci mərhələsi isə iyunun 5-də keçiriləcəkdir. Birinci mərhələdə bakalavrların ümumi intellektinin (məntiqi təfəkkürunün) inkişaf səviyyəsi, informatika fənnini və xarici dili bilmə səviyyəsi, ikinci mərhələdə isə onların seçdikləri qəbul proqramı əsasında ixtisas üzrə bilikləri yoxlanılır." Yuxarıdakı yazını diqqətlə oxuyun. TQDK-nın rəsmi səhifəsindən alıntıdır. Çox gözəl cümlələrdir. Lakin..! Bizim TQDK-nın fəaliyyəti ilə bağlı iradımız yoxdur. Işini şəffaf görür. Lakin..! Bəzi suallarım var. Hörmətli TQDK əhli, hansı meyar və amilləri nəzər almaqla ali təhsilin magistratura pilləsinə qəbulu iki mərhələdə aparırsınız? Səbəb nədir? Sayı 20-30 min arası olan bakalavrlara sual yazmaq, imtahan keçirtmək və ən əsası ixtisas fənlərindən sual yaza bilməmək və onları yoxlaya bilməmək gücü, iqtidarı və zəifliyi. Niyə ilk mərhələdə əksəriyyət "filter" olunmalıdır? Bəlkə əvvəlki kimi bir mərhələli sistemə keçəsiniz? Təbii ki, bu, sizin öz işinizdir. Təhsil ekspertlərininin, başbilənlərinin işidir. Görünən odur ki, dünyada analoqu olmayan qəbul sistemimiz var. Hansı meyar və amilləri nəzər alıb birinci mərhələdə bu qədər lazımsız, boş, faydasız, vaxt aparan "Enşteynsayağı" "MƏNTİQSİZ" suallarla xalqımızın gənclərini imtahan edirsiniz? Nə vaxtsa buna bir açıqlama gələcəkmi? Keçən dəfə də bir bu suallarla bağlı məqalə yazmışdım. Hansısa humanitar yönümlü bir ixtisası bitirən bakalavr üçün bu qədər əzab-əziyyət nədən ötrüdür? 50 sual verirsiz məntiqdən. Lakin sizin verdiyini vaxt məhdudiyyəti buna kifayət etmir. Yazırsınız ki, bakalavrın "ÜMUMİ İNTELLEKTİNİN İNKİŞAF SƏVİYYƏSİNİ" yoxlayırsınız. Qardaş, siz ümumi intellekt deyəndə nəyi nəzərdə tutursunuz? Dünya görüşünü, yoxsa dünyanın görünüşünü?
Hələ də dünyaya inteqrasiya ola bilmirik ki, bilmirik. Mənə lazımdır "Yunisin uşaqları" kimdir? Bəlkə sual əla sualdır. Amma eyni tipli suallardan neçə ədəd olar ki, düz-əməlli vaxt olmasın yazmağa? Siz intellekti deyil, başqa seyləri yoxlayırsınız. Daha doğrusu yoxlamırsınız. Ekspertiniz deyir ki, hər suala 1.5 dəq lazımdır. Amma sizin verdiyini o uzun-uzadı yorucu sualları heç gün boyu da fikirləşmək olmur, qaldı ki, imtahan stresində.

Siz bu camaatın dünya görüşünü yoxlayın. Sanki bizim bakalavrlar dünyanın ən "GENİUS" insanlarıdır və artıq sual tapa bilmirik onlara verməyə. Sanki Marsa imtahanla uçuş təyin edirlər. Heç Harvard, Oksford kimi qabaqcıl universitetlər belə bü cür analoqu olmayan imtahan keçirmirlər. Bizim ki təhsil göz qabağındadır. 4-5 il bakalavr oxuyub normal bir biliyə yiyələnməyib tələbə gəlib boş və faydasız mövzulardan imtahan verir. Bakalavrda mənə məntiq keçiblər?Haranın məntiqidir bu? Kimin məntiqidir? Yazırsınız "ÜMUMİ İNTELLEKTİNİN İNKİŞAF SƏVİYYƏSİNİ" yoxlayırsız. Qardaş, başa düşmək olmur, 2007-ci ildən bu yana bu qədərmi məntiq sahəsində inkişaf etdik ? Yoxsa balaca körpələr böyüdü, məntiqi təfəkkürü artdı, inkişaf etdi? Kağız üzərində inkişafa nə var ki? Sizin Təhsil Nazirliyi ilə probleminiz varsa, aranızdakı mübahisənin nəticələrini bu millət niyə yaşamalıdır? Keçək informatikaya. Yenə də lazımlı, lazımsız suallarla doldu-daşdı imtahan. Yenə əvvəllər suallar daha çox praktik idi. İndi isə sanki bütün bakalavrlar kompyuter sahəsi üzrə mütəxəssisdir və ya mütəxəssis olacaq. Bu qədər dərinliyə getmək nəyə və kimə lazımdır? Magistr nə deməkdir? Magistr olmaq üçün mən öz sahəmi qoyub fərqli sahənimi öyrənəcəm? Bəs nə üçün yenə öz sahəmdə də məni imtahan edirsiz? Öyrənmək pis deyil. Başqa sahələrdən də nəsə bilmək faydalıdır. Bəli, kompyuterdə yazıram, internetdə axtarış verə bilirəm, bəzi akademik və professorlarımız isə ancaq tozlanmış monitorlara baxa bilirlər. Məncə ali məktəblərdə işləyən informatikadan anlayışı olmayan müəllim və işçiləri bu sahədə imthan etmək lazımdır. Hansısa internet protokolunu bildim ya blmədim, hansısa şəbəkələri birləşdirən aparatı bildim ya bilmədim, nə olacaq? Nə baş verəcək? Alimmi olacağam? Ya say sistemlərini, alqoritmləri? Qardaş, ümümi imtahan keçirə bilmirsiniz? Sual hazırlaya bilmirsiniz? O "boyda qalın, enli" informatika kitabı olar? Hər il bir kitab buraxırsınız. Qardaş, sizin sistem yalnışdır. Bakalavriat pilləsinə qəbul sistemini dəyişməkdənsə magistratura pilləsinə qəbul sistemini dəyişmək lazımdır.
50-dən çox prorqram var, hər proqramda nə qədər ixtisas var.

Kimə lazımdır bunlar?

Camaat rejissordur. Deyir mənim nəyimə lazım informatika, məntiq... Düz deyir də. Siz mütəxəssiz yetişdirməkdən, daha da bu qədər gəncin xaricə, xaricdə təhsil almağa meylləndirirsiniz. Halbuki, həmin insanlar xeyri öz dövlətimizə verə bilərdi. Bir şey ki, bu adam aylarla hazırlaşır, qəbul olur, iki il üst-üstə ən azı 4-5 min civarında pul xərcləyir. Ama daha az məbləğdə İELTS-TOEFL və s. imtahanlara hazıraşıb təqaüd qazanıb dünyanın əksər universitetlərində ödənişsiz təhsil ala bilər. Lakin, bizim təhsil o qədər inkişaf edib ki, o qədər yüksəklərdə dayanıb ki, daha bilmirik bu milləti necə imtahan edək? Hələ də tapa bilmirik. Monopoliya " N" qədər. Görək, ikinci tur üçün ixtisas hazırlıqlarının qiyməti düşəcəkmi? Yox, hara düşür? Devalvaiyadan sonra onlar da qalxar. Əvvəl yenə 800-1000 idi. Ingiliscə danışmağı bacarmayan müəllimlərə sual hazırlamağı tapşırmayın! Onlara tövsiyəm İELTS və TOEFL imtahanlarına girsinlər. Bacarmırlarsa, işləməsinlər! P.S. Bir zamanlar magistraturaya qəbul olmuşdum. Amma bir neçə aydan sonra ərizəmi yazıb çıxdım. Səbəb gülməli idi. Bir gündə üç dərs var idi. Səhər, günorta və axşam. Deməli, yatmalıydım universitedəki hər üç dərsdə iştirak edə bilim. Magistr oldunsa işləmək-filan lazım deyil. Tələbələrin istəyi nəzər alınmır. Həftənin beş günü dərsə gəlməlisən. Bilirlər axı işləyirsən. Qayıb aldığın dərsləri "manatla kompensasiya" etdirə bilərsən. Sanki uşaq başı aldadırlar.
Təhsil üzrə ekspert: Cəlil Cəbrayılov
 
ULUYOL.İNFO

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300