Yaddaşı gücləndirən məhsullar məlum olub

 

Mütəxəssislər yaddaşı gücləndirməyə kömək edən məhsulların adlarını açıqlayıblar.

"Report” "Ridus”ə istinadənxəbər verir ki,brokkoli, pomidor, balqabaq tumu, yunan qozu, kakao yaddaş üçün faydalıdır.

Belə ki, brokkolidə böyük miqdarda vitaminmövcuddur. Onların arasında yaddaşa müsbət təsir göstərən K, C və B qruplarının vitaminləri var. Bundan başqa, C vitamini beyni azad radikalların təsirindən qoruyur.

Mütəxəssislərin fikrincə, pomidor antioksidantlarla zəngindir. Bundan əlavə, onların tərkibində xeyli sayda C vitamini və beyin, ürək və digər orqan xəstəliklərinin inkişafını yavaşladan likopin maddəsi var.

Balqabaq tumuB qrupunun vitaminləri, həmçinin maqnezium və selenlə zəngindir.Bu maddələr sinir sisteminə müsbət təsir göstərir və informasiyanı daha yaxşı qavramağa kömək edir.

Araşdırmaçıların sözlərinə görə, yunan qozu əsl "beyin stimullaşdırıcısı”dır. Onların tərkibində yaddaşı və koqnitiv bacarıqları yaxşılaşdıran yağ turşuları mövcuddur. Bundan başqa, yunan qozunda çoxlu kalium və maqnezium var.

Kakaonu intellektualəməyə başlamamışdan öncə içmək tövsiyə olunur. Qeyd olunub ki, kakaoda beynin fəaliyyətini yaxşılaşdıran tritofan və flavanoidlər var.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300