Mövlud Çavuşoğlu:"Yunanıstan beynəlxalq hüququ saymasa, zərər çəkər”

 

"1947-ci ildə qəbul edilən Paris Sülh Sazişinə görə Meis adası silahlandırıla bilməz. Yunanıstan Avropa İttifaqının da dəstəyi ilə, sadəcə, Meis adasında deyil, Şərqi Aralıq və Egey dənizlərində də beynəlxalq hüquqa zidd addımlar atır”.

APA-nın yerli bürosunun xəbərinə görə, Türkiyə Xarici İşlər Naziri Mövlud Çavuşoğlu Ankarada rəsmi səfərdə olan Əlcəzairin Xarici İşlər Naziri Sabri Bukadumla görüşündən sonra keçirilən mətbuat konfransında belə deyib.

Nazir Yunanıstana bir daha çağırış edərək bildirib ki, bu ölkə Türkiyə əleyhinə atdığı addımlara son qoymalıdır: "Biz beynəlxalq hüquqa əsaslanan haqlarımızı sonadək qoruyacağıq. Yunanıstana çağırışımızı bir daha yeniləmək istəyirik, başqalarının fitvası ilə Türkiyə əleyhinə davranışlara son verin, qonşuluq prinsiplərini pozmayın”.

M. Cavuşoğlu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Yunanıstanın Baş Naziri Kiriakos Miçotakisə iki dəfə birbaşa dialoq təklifi etdiyini xatırladaraq bildirib ki, Yunanıstan tərəf bu təklifi nəzərə almır: "Rəsmi Yunanıstan problemin həllinə deyil, bu hərəkətləri ilə Türkiyəni qıcıqlandırmağa çalışır ki, bu da son dərəcə təhlükəlidir. Bundan ən çox zərərçəkən yenə də Yunanıstan olacaq”.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300