Gündüz yatmaq ölüm riskini artırır

 

Gündüz 1 saatdan çox yuxu ölümcül təhlükəli ola bilər.


"Report” "MedicalXpress”ə istinadən xəbər verir ki, bu qənaətə Çinin Quançjou şəhərinin Tibb Universitetinin tədqiqatçıları gəlib.

Bildirilib ki, alimlər 20 elmi işdən ümumi nəticə çıxarıb və 39 %-i gündüz yatan 313 651 nəfərin məlumatını təhlil ediblər.

Analiz nəticələrinə görə, gündüz müntəzəm olaraq 1 saatdan çox yatan insanlarda ürək damar xəstəliyi riski 34 %, başqa bütün səbəblərdən doğan ölüm riski isə 30 % artıb. Uzunmüddətli gündüz yuxusu ümumilikdə sutkada 6 saatdan çox yatanlar üçün təhlükəli olub.

Araşdırmaçılar iddia edirlər ki, müddətindən asılı olmayaraq gündüz yuxusu ümumiyyətlə ölüm riskini 19 % artırır. Eyni zamanda qadınlarda və yaşlı insanlarda yuxu və ölüm riski arasındakı əlaqə daha aydın olub: müvafiq olaraq 22 % və 17 % təşkil edib.

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300