Türkiyədə seldə itkin düşənlərin axtarışı davam edir

 

Türkiyənin Giresun bölgəsində avqustun 23-də yağan güclü yağışın yaratdığı sel və daşqın zamanı itkin düşənlərin axtarışı davam edir.

AZƏRTAC xəbər verir ki, sel və daşqınlar nəticəsində itkin düşənlərdən daha birinin cəsədinin tapılması ilə ölənlərin sayı ona çatıb. Hazırda ikisi daxili qoşunların əsgəri olmaqla altı nəfərin axtarışı davam edir.

Qeyd edək ki, Giresunda baş vermiş sel və daşqın bölgəyə böyük məbləğdə ziyan vurub. Bir sıra ev, 125 nəqliyyat vasitəsi yarasız hala düşüb. Təbii fəlakət bölgəsindən 150-dən artıq insan təxliyə olunub. Məhəllələr sel axıntıları ilə dolub. Bərpa və təmizlik işlərinə çox sayda ağır texnika və canlı qüvvə cəlb olunub.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300