Tiflisdə Gürcüstan hökumətinin "Qazprom”la danışıqlarına qarşı kütləvi etiraz aksiyası keçirilib.



Publika.az Gürcüstan mediasına istinadən xəbər verir ki, bazar günü keçirilən aksiyada etirazçılar Rusiya səfirliyinin binasından hökumət evinə qədər olan 7 kilometr uzunluğundakı yolda zəncirvari şəkildə düzülüblər.



Nümayişçilər "Qazprom”dan qaz alınmasının Gürcüstanı Rusiyadan asılı vəziyyətə salacağından qorxurlar.



Aksiyanı "Vahid Milli Hərəkat” (Saakaşvilinin keçmiş partiyası – red.) partiyası təşkil edib.

Qeyd edək ki, ötən həftənin cümə günü Gürcüstanın energetika naziri Kaxe Kaladze Azərbaycanla razılaşdıqlarını və "Qazprom”dan əlavə qaz almayacaqlarını bəyan edib.

Lakin parlamentdəki müxalifətin lideri David Bakradze iddia edib ki, hakimiyyəti onları aldadır.



"Gürcüstan ictimaiyyəti bu hökumətə ölkənin enerji təhlükəsizliyini məhv etməyə imkan verməyəcək. Biz icazə verməyəcəyik ki, Gürcüstan Rusiyanın idarəçiliyi altına düşsün”, - deyə müxalifət lideri bildirib.

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300