idi

Təşəbbüslər İnstitutun seçkilərin nəticələri üzrə ilkin rəyini açıqlayıb.

 1.QISA İCMAL

Keçirilən seçki bir siyasi qüvvənin üstünlük təşkil etdiyi və hakim partiya ilə әsas müxalifәt partiyaları arasında dialoqun yoxluğu ilə sәciyyәlәnәn siyasi mühitdә cәrәyan edib.

Prezident seçkilərindən sonra Azərbaycanda siyasi hüquqlar və fəaliyyət azadlıqları ciddi şəkildə məhdudlaşdırılmış, siyasi rəqiblərə qarşı təqib və təzyiqlər genişlənmişdir. Bu dövrdən etibarən, vətəndaş cəmiyyəti institutları, müstəqil media və müxalif təşkilatlar təzyiq siyasətinin hədəfinə çevrilmişdir.

Ölkə miqyasında sərbəst toplaşmaq azadlığı tam şəkildə məhdudlaşdırılıb, yalnız Bakı şəhərində yarımqapalı "Məhsul” stadionunda müxalif partiyaların bəzən mitinqlər keçirməsinə imkan verilib. MSK seckiqabağı təşviqat dövründə namizədlərin seçicilərlə gürüşməsi və toplantılar keçirməsi üçün hər bir seçki dairəsi üzrə 1 açıq və 1 qapalı olmaqla cəmi 250 yerin siyahısını müəyyənləşdirib. Lakin 2010 parlament seçkilərində 2676 yer açıq və 2254 yer qapalı olmaqla cəmi 4930 yer ayrılmışdır. Beləliklə, 2010-cu ildəki vəziyyətlə müqayisədə təxminən 10 dəfə imkanlar məhdudlaşdırılmışdır.

Seçki Mə­cəl­lə­sinə edi­lən də­yi­şik­lik­lər isə bir çox hal­da möv­cud olan nor­ma­la­rı da­ha da an­ti­demok­ra­tik və­ziy­yə­tə gə­ti­rən, ya­xud im­kan­la­rı, azad­lıq­la­rı da­ral­da­caq şək­lə sa­lan nor­ma­lar ol­muş, ya­xud şəx­slə­rə nə­zə­rən qa­nun­veri­ci­li­yə gə­ti­ril­miş­dir.

Siyasi partiyalar institutsional olaraq funksionallıqdan çıxarılıb və onların sərbəst fəaliyyət göstərilməsinə hüquqi və faktiki mühit yoxdur.

Seçici siyahıları ilə baglı Dövlət Statistika Komitəsi ilə Mərkəzi Seçki Komissiyasının məlumatları arasında olan 1 milyondan çox seçici sayı uyğunsuzluğu hələ də qalmaqdadır. Seçici siyahıların əksəriyyəti idarə, müəssisə və məktəblərin qapalı salonlarında yerləşdirildiyindən, onlara seçicilərin sərbəst tanış olmaq imkanları məhdud olub.

Seçkiqabağı mühiti nəzərdən keçirərkən müstəqil medianın üzləşdiyi vəziyyət xüsusilə narahatlıq doğurur. Ölkədə olan TV-lər tamamilə hakim siyasi qüvvənin nəzarəti altındadır.

IDI medianın seçkilərdə fəaliyyətini qiymətləndirmək üçünuzunmüddətli monitorinq apararaq birinci dövr üçün nəticələri 07 oktyabr, ikinci dövrü isə 30 oktyabr 2015-ci il tarixdə açıqlamışdır.[1]Bu hesabatlarda medianın məsələlərə təktərəfli yanaşdığı, xüsusilə elektron medianın xəbər və proqramları mütləq əksəriyyətlə hakimiyyət və onu dəstəkləyən tərəfin lehinə təşviqat təşkil etdiyi müəyyən edilmişdir.

Beynəlxalq miqyasda seçkilərə dair əsas mandatı olan ATƏT Demokratik Təsisatlar və İnsan Haqları Bürosu seçkiləri 400 nəfərlə müşahidə etmək istəsə də, Azərbaycan Hökumətinin irəli sürdüyü şərtlər sonradan onların müşahidə etməsindən imtinaya səbəb olmuşdur. ATƏT Parlament Assambleyası da DTİHB-nun mövqeyini dəstəkləyərək müşahidə missiyası göndərməkdən imtina etmişdir.

Həmçinin Avropa Parlamenti Azərbaycandakı siyasi vəziyyəti və insan haqları problemlərinə diqqət çəkməklə daha öncə qərar çıxararaq Avropa Birliyinin rəsmi strukturlarını müşahidə missiyası göndərməkdən çəkinməyə çağırmışdır.

Məhkəmələrdə bu dövr ərzində verilmiş 76 seçki şikayətinin (49 iddia ərizəsi, 27 kassasiya şikayəti olmaqla) 2-si (hər ikisi iddia ərizəsidir) məhkəmələr tərəfindən qismən təmin edilib, 3 seçki şikayəti (2 iddia ərizəsi və 1 kassasiya şikayəti) mümkün sayılmayıb, 71 seçki şikayəti (45 iddia ərizəsi və 26 kassasiya şikayəti) mahiyyət üzrə baxılaraq təmin edilməyib.

01 noyabr 2015-ci ildə Azərbaycan Respublikasında Parlamentə kecirilən secki azad, ədalətli, şəffaf və demokratik olmayıb. Seckilərin butun mərhələlərində, əsasən də namizədlərin irəli sürülməsi və qeydiyyatı, seckiqabağı təşviqat və secki gunu səsvermənin nəticələri uzrə umumiləşdirmə gostərir ki, bu secki rəaqbətsiz və alternativsizlik şəraitində baş verib, Azərbaycan xalqının həqiqi iradəsini ifadə edən seckilər olmayıb.

Seçkilərdə qeydə alınmış qanun pozuntuları və seçkiqabağı siyasi mühit, azad və ədalətli seçkilərin keçirilməsinə imkan verməmiş, bununla da Parlament seçkiləri Azərbaycan Respublikasının yerli qanunvericliyinə və beynəlxalq standartlara uyğun keçirilməmişdir.

Azərbaycan Respublikasının dovlət orqanları, xususən də siyasi hakimiyyət bu seckinin azad, ədalətli və demokratik kecirilməsi ucun siyasi iradə numayiş etdirə bilməmişdir.

II. GİRİŞ

Demokratik Təşəbbüslər İnstitutu (IDI) 05.11.2013-cü ildə bir qrup tanınmiş hüquqşünas və ictimai xadim tərəfindən yaradılıb. Rəsmi qeydiyyatdan keçmək üçün Ədliyyə Nazirliyinə dəfələrlə müraciət edilməsinə baxmayaraq, qanunsuz olaraq təşkilatın qeydiyyata alınmasından imtina edilmişdir. Ona görə də bununla əlaqədar məhkəməyə müraciət olunmuşdur. Bütün daxili məhkəmə instansiyalarına baş vurulsa da, məhkəmələr Ədliyyə Nazirliyinin imtinasını qüvvədə saxlamışdır.

06 aprel 2015-ci il tarixdə IDIhüquqarının təmin olunması üçün İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə (IHAM) müraciət etmişdir. Təşkilatın fəaliyyətinin əsas məqsədi demokratik təsisatların, vətəndaş cəmiyyəti və seçki institutlarının səviyyəsinin yüksəldilməsinə; insan hüquqları və ifadə azadlığının təmininə; yerli özünüidaretmənin təkmilləşməsinə; bütün sahələrdə şəffaflığın artırılmasına; Azərbaycan cəmiyyətinin demokratik dünyaya inteqrasiyasına yardım etməkdən ibarətdir.

IDI 23 dekabr 2014-cü il tarixdə keçirilmiş bələdiyyə seçkilərini müşahidə edib.[2]Bundan əlavə, ölkədə seçicilərin sayına dair real vəziyyəti öyrənmək məqsədilə IDI 2014-cü ildə "Seçici Qeydiyyatının Auditi” adlı araşdırma aparmışdır.[3]

İDİ 2015-ci ilin noyabrın 1-də keçiriləcək parlament seçkilərinin azad, ədalətli və şəffaf keçirilməsinin təmin edilməsi üçün seçkiöncəsi mühitin və seçki prosesinin gedişini tənizimləyən mövcud qanunvericilik bazasının beynəlxalq standartlar çərçivəsində götürülmüş öhdəliklərə cavab verməsi istiqamətində araşdırma aparmışdır.[4]

18 avqust 2015-ci il tarixdə ölkənin aparıcı siyasi partiya və VC liderlərinin iştirakı ilə "Seçkilərə dair qanunvericiliyin analizi: beynəlxalq normalar, problemlər və perspektivlər” adında geniş ictimi müzakirə (forum) təşkil etmişdir.[5]

31 avqust 2015-ci ildə IDI seçkilər öncəsi vəziyyətin qiymətləndirilməsinə dair hesabat hazırlayaraq ictimaiyyətə yayımlamışdır.[6]

IDI 07 oktyabr 2015-ci il tarixdə seçkilərə dair apardığı MEDİA MONİTORİNQin birinci dövr üçün nəticələrini açıqlamışdır.[7]

16 oktyabr 2015-ci ildə IDI seçkilərin birinci mərhələsi hesab olunan namizədlərin irəli sürülməsi və qeydə alınmasına dair I ARALIQ HESABAT yaymışdır.[8]

29 oktyabr 2015-ci ildə seçki komissiyalarında və məhkəmələrdə seçki şikayətlərinin araşdırılmasına dair IDI tərəfindən keçirilmiş monitorinqin ilkin nəticələri açıqlanmışdır.[9]

IDI 30 oktyabr 2015-ci il tarixdə seçkilərə dair apardığı MEDİA MONİTORİNQin ikinci dövr –təşviqat müddəti üçün nəticələrini açıqlamışdır.[10]

30 oktyabr 2015-ci ildə IDI seçkilərin ikinci mərhələsi hesab olunan seçkiqabağı təşviqata dair II ARALIQ HESABAT yaymışdır.[11]

IDI Azərbaycan Respublikasının müxtəlif bölgəsində - Bakı, Sumqayıt, Gəncə, Qazax, Şəki, Masallı, Kürdəmir, Sabirabad, Tərtər və Xacmaz şəhər və rayonlarında, həmçinin Naxçıvan MR ərazisində yerli vətəndaş qrupları, habelə mustəqil KİV və yerli QHT-lər ilə əməkdaşlıq edir.

 Seçkilərə start verildikdən sonra 1 sentyabr 2015-ci ildən edibarən Parlament seckiləri ilə bağlı IDI şərtlərin imkan verdiyi çərçivədə, daxili resurslar hesabına seckilərin gedişinin muşahidəsilə yanaşı, seçkidə iştirak edən tərəflərə hüquqi yardım göstərməyə çalışır.

 III. SEÇKİQABAĞI VƏZİYYƏT

A.SİYASİ KONTEKST

Prezidentli respublika olan Azərbaycanda hakimiyyətin üç əsas qolu var: icraedici, qanunverici və məhkəmə hakimiyyətləri (məhkəmə hakimiyyətindən başqa digər hakimiyyət orqanları seckili orqanlardır). Azərbaycan Respublikası icraedici hakimiyyətin daha geniş səlahiyyət həyata keçirdiyi güclü prezident sisteminə malikdir. Digər çoxsaylı öhdəlikləri və səlahiyyətləri ilə yanaşı, Prezident Nazirlər Kabinetini təyin edir, mərkəzi səviyyədə icra hakimiyyətini təyin edir və regionlarda icra səlahiyyətini həyata keçirən İcraedici Hakimiyyətlərin başçılarını vəzifəyə təyin edir, vəzifədən azad edir və onların səlahiyyət dairəsini müəyyən edir.

Keçirilən seçki bir siyasi qüvvənin üstünlük təşkil etdiyi və hakim partiya ilə әsas müxalifәt partiyaları arasında dialoqun yoxluğu ilə sәciyyәlәnәn siyasi mühitdә cәrәyan edib. Parlamentdə təmsil olunan 11 partiyadan biri olan hakim Yeni Azərbaycan Partiyasının (YAP) rəhbəri hazırkı dövlət başçısıdır və bu partiya 125 yerlik ölkə parlamentində 69 deputatla çoxluq təşkil edib. Parlamentdə təmsil olunan sayca ikinci böyük qrup 42 müstəqil deputatdan ibarətdir ki, onlar da, adətən, səsvermədə hakim partiyanın tərəfində çıxış edirlər. Qalan 12 yeri on siyasi partiya tutmuşdur. Mövcüd parlamentdə 5 yer seçkilərə qədər boş idi. Müxalif siyasi partiyalar olan Müsavat və Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) 2010-cu il seçkilərində parlamentdə təmsil olunmaq imkanını itirmişdirlər. 2009-cu ildə yaradılmış müxalif Respublikaçı Alternativ (REAL) Hərəkatının sədri və prezidentliyə namizədi İlqar Məmmədov 2013-cü ilin fevral ayından barəsində İHAM-ın dərhal azad olunmasıyla bağlı qərar olmasına baxmayaraq, hələ də həbsdə saxlanılır. O, İsmayıllıda baş verən vətəndaş etiraz aksiyalarından bir gün sonra ora gedib, vətəndaşlarla görüşdüyünə görə "hadisələrin təşkilatçısı” kimi qondarma ittihamla 7 il həbs cəzasına məhkum edilib.

Parlament seçkiləri Ermənistanla Azərbaycan arasında davam etməkdə olan Qarabağ münaqişəsi və Azərbaycan ərazisinin 20%-ə yaxın hissəsinin işğal olunduğu bir şəraitdə həyata keçirilib. Bu vəziyyət həmin ərazilər üzrə seçkilərin keçirilməsini, xüsusilə də, çox saylı məcburi köçkünlər üçün səsvermənin təşkilini çətinləşdirib. Həmçinin işğal faktı Dağlıq Qarabağın erməni əhalisinin seçkilərdə iştirakına şərait yaratmağa imkan verməyib.

 B. İCTİMAİ-SİYASİ ŞƏRAİT

1 noyabr 2015-ci ildə Milli Məclisə keciriləcəkseçkilər insan hüquq və azadlıqları sahəsində 9 oktyabr 2013 prezident seckilərdən sonra yaranmış siyasi gərginlik dövrünə təsadüf edib. Prezident seçkilərindən sonra Azərbaycanda siyasi hüquqlar və fəaliyyət azadlıqları ciddi şəkildə məhdudlaşdırılmış, siyasi rəqiblərə qarşı təqib və təzyiqlər genişlənmişdir. Bu dövrdən etibarən, vətəndaş cəmiyyəti institutları, müstəqil media və müxalif təşkilatlar təzyiq siyasətinin hədəfinə çevrilmişdir. İctimai sektorda, media sektorunda fəaliyyət göstərən çoxsaylı beynəlxalq QHT-lərin hesablarına həbs qoyulmuş, ofisləri bağlanmış, avadanlıqları zəbt olunmuş və fəaliyyətləri dayandırılmışdır. Donorların ölkə QHT-lərinə qrant verilməsi yolları hüquqi baxımdan əngəllənmişdir. Nəticədə tanınmış hüquq müdafiəçiləri, ekspertlər, hüquqşünaslar, vəkillər və ictimai şəxslərin daxil olduğu İşçi Qrupunun 12 avqust 2014-cü il tarixdə hazırladığı 98 nəfərlik siyasi və vicdan məhbusunun siyahısı meydana gəldi.[12]Sənəd siyasi işlərə çıxan vəkil, hüquqşünaslar və hüquq müdafiəçiliyi ilə məşğul olan QHT təmsilçisi olan 28 nəfər tərəfindən imzalanıb. Siyasi məhbuslar Avropa Şurası Parlament Assambleyasının (AŞPA) 3 oktyabr 2012-ci il tarixli 1900 saylı Qətnaməsində təsbit edilmiş kriteriyalar əsasında müəyyən edilib. Xeyli sayda yerli və beynəlxalq təşkilatlar bu siyahını Azərbaycanda siyasi məhbusların vahid siyahısı kimi qəbul edib. Bu il İşçi Qrupu bəyan edib ki, indiyədək verilən əfv sərəncamları ilə və cəza müddətlərinin başa çatması nəticəsində elan olunmuş 98 nəfərlik siyahıdan 79 nəfər siyasi məhbusun adı qalıb.[13]

Sentyabırın 2-də Müsavat Partiyasının Məclis üzvü Saday Hacılı "küçədə gedərkən nalayiq ifadələr söyləmək” qondarma ittihamı ilə 20 sutka həbs edilib. Müsavat Partiyası həbslə bağlı bəynatında Saday Hacılının sosial şəbəkədə hakimiyyətə qarşı yazdığı sərt tənqidi yazıları ilə bağlı olduğunu bildirib. Sentyabrın 30-da AXCP sədrinin müşaviri, partiyanın Rəyasət Heyətinin üzvüMəmməd İbrahim Nərimanov rayonu ərazisində polis tərəfindən saxlanılaraq barəsində 2 aylıq həbs-qətimkan tədbiri seçilib.O,Cinayət Məcəlləsinin 221-ci (xuliqanlıq) maddəsilə başlanmış cinayət işi üzrə şübhəli bilinir. Partiyadan bildirilir ki, onun həbsi birbaşa siyasi fəaliyyətilə əlaqəlidir.

C.SƏRBƏST TOPLAŞMA

1.HÜQUQİ ÇƏRÇİVƏ

Qanunvericiliyin vəziyyətini qiymətləndirərkən qeyd etmək lazımdır ki, sərbəst toplaşmaq azadlığını tənzimləyən Konstitusiya norması qənaətbəxş olsa da, 24 dekabr 2002-ci il tarixdə Milli Məclis tərəfindən Konstitusiyanın tələbinə zidd şəkildə Konstitusiyanın əsas mətni ilə eyni hüquqi qüvvəyə malik olan "Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanunu insan hüquqları ilə bağlı bir çox məqamı, o cümlədən bu hüquqların ehtiyac olandan daha artıq məhdudlaşdırılmasına şərait yaratmışdır. 13 noyabr 1998-ci ildə qəbul edilən "Sərbəst toplaşmaq azadlığı haqqında” Qanun isə ümumiyyətlə nə Konstitusiyaya, nə 2002-ci ildə qəbul edilən Konstitusiya Qanununa, nə də 2001-ci ildə Milli Məclisdə ratifikasiya edilərək ölkəmizin qoşulduğu "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 11-ci maddəsinin tələblərinə cavab vermir.

Sərbəst toplaşma hüququna görə müəyyən olunan inzibati cəza

Sərbəst toplaşma hüququndan istifadə imkanları məhdudlaşdırılmaqla bərabər, bu hüququndan istifadə etmək istəyənlərin qarşısına ağır cəzalar gətirilmişdir. 02 noyabr 2012-ci ildə İnzibati Xətalar Məcəlləsinin 298-ci maddəsi qüvvədən düşürülərək yerinə yeni tənzimləmə olan maddə əlavə edildi. Burda diqqəti çəkən ən önəmli məqam budur ki, 2012-ci ildə cərimənin maksimum həddi 13 manat olduğu halda, hazırda bu miqdar 30 min manata qədər yüksəldilmişdir. Beləliklə, bütün dönəmlərin rekordu təzələnmiş bir maddənin sanksiyası 2307 dəfə artırılmışdır. Ayrıca, iki yüz qırx saatadək ictimai işlər və ya iki ayadək müddətə inzibati həbs cəzası da maddənin sanksiyalarına əlavə edilmişdir.

 2.SƏRBƏST TOPLAŞMA MÜHİTİ

Ölkə miqyasında sərbəst toplaşmaq azadlığı tam şəkildə məhdudlaşdırılıb, yalnız Bakı şəhərində yarımqapalı "Məhsul” stadionunda müxalif partiyaların bəzən mitinqlər keçirməsinə imkan verilib. Orada mitinq keçiriləndə isə həmin istiqamətdə hərəkət edən ictimai nəqliyyat vasitələrinin hərəkəti əvvəlcədən məhdudlaşdırıb, mitinqə qatılmaq istəyənlərin qarşısında süni maneələr yaradılıb, mitinqə gələnləri polis nümayişkaranə şəkildə videolentə alıb və sonra həmin görüntülər əsasında vətəndaşlara müxtəlif təzyiqlərlə üzləşib.

Müxalif siyasi partiyaların və müstəqil QHT-lərin bildirdiyinə görə hələ də bir çoxunun Bakıda ofis yerləri yoxdur və fəaliyyətləri regionlarda davamlı məhdudlaşdırılır. Həmçinin qapalı məkanlarda konfrans, dəyirmi masa və s. formatlarda ictimai toplantılar keçirmək demək olar ki, mümkünsüz hala gəlib və onlar ciddi maneçiliklərlə üzləşdikləri vurğulanır.

Sadəcə hökumət yönümlü şəxslərin idarə etdiyi QHT-lərə məhdud imkanlar təmin edilib və onlar Hökumətin müftəlif fondlarından maliyyələşdirilib.

Beləliklə, keçirilən seçkilər beynəlxalq qurumların və yerli ictimai-siyasi təşkilatların çağırışlarına baxmayaraq, hakim partiya ilə әsas müxalif qüvvələr və vətəndaş cəmiyyəti arasında dialoqun yoxluğu ilə səciyyәlənәn siyasi mühitdə cәrәyan edib.

 D.VƏTƏNDAŞ CƏMİYYƏTİ

1.HÜQUQİ ÇƏRÇİVƏ

17 dekabr 2013-cü ildə "Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Azərbaycan Respublikasının Qanununa 22, 17 oktyabr 2014-cü il tarixdə isə 4 olmaqla ümumilikdə cəmi 26 fərqli məhdudlaşdırıcı norma əlavə edildi və ya dəyişikliyə məruz qaldı. Qanunun qəbul edildiyi 2000-ci ildən bəri bir təşəbbüsdə ən çox dəyişiklik bu zaman kəsiyində oldu. Təəssüf ki, məhdudlaşdırıcı əlavə və dəyişikliklər bu Qanuna olanlarla yekunlaşmayıb. Keçən qısa dövr ərzində "Qranthaqqında”, "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Qanunlara və İnzibati Xətalar Məcəlləsinə də müvafiq məhdudlaşdırıcı əlavə və dəyişikliklər edilib. Dəyişiklik və əlavələrin böyük əksəriyyəti qanunla müəyyən edilmiş birləşmək azadlığını tamamilə icazə sisteminə bağlayan dəyişikliklərdir. Qanuna edilən dəyişikliyə əsasən qrantların və donorların qeydiyyatı zəruriliyi yaradılmış, bu müddəanın qanunvericiliyə gətirilməsindən 18 ay sonra Qrant qeydiyyatı Qaydaları Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş, 23 ay vaxt keşməsinə baxmayaraq Donorların qeydiyyatı qaydaları təsdiq edilməmişdir. Beləliklə, çoxsaylı QHT müxtəlif donorlardanqrantlar alaraq seçki prosesinin şəffaflığına nəzarət mexanixması qurmaq imkanlarından süni olaraq kənarda saxlanmışdır.

 2.İCTİMAİ MÜHİT

Demokratik Təşəbbüslər İnstitutu (IDI) 05.11.2013-cü ildə təsis edildikdən dərhal sonra dövlət qeydiyyatına alınmaq üçün Ədliyyə Nazirliyinə dəfələrlə müraciət etməsinə baxmayaraq qanunsuz olaraq təşkilatın qeydiyyata alınmasından imtina edilmişdir. IDI bununla əlaqədar daxili məhkəmə instansiyalarına müraciət etsə də, məhkəmələr Ədliyyə Nazirliyinin imtinasını qüvvədə saxlamışdır. 06 aprel 2015-ci il tarixdə IDI hüquqarının təmin olunması üçün İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə müraciət etmişdir.

Qeyri-rəsmi araşdırmalara gorə hazırda ölkədə 3500-dən artıq QHT movcuddur. Onların 2500-ə yaxın QHT qeydiyyatdan keçib, 1000- dən yuxarı QHT isə dovlət qeydiyyatına alınmayıb. 150 - yə qədər daxili məhkəməyə müraciət edib. AHİM –nə isə hüquqlarını müdafiə etmək üçün 70 yaxın QHT baş vurub.

Seçkiqabağı vəziyyətdə ictimai mühit ondan ibarətdir ki, hüquqi çərçivənin xeyli dərəcədə məhdudlaşdırılması ilə yanaşı, ölkədə müstəqil vətəndaş cəmiyyəti təşkilatlarının fəaliyyəti iflic edilib və onların gələcək fəaliyyət imkanları qeyri-müəyyən vəziyyətə salınıb. Ölkənin tanınmış vətəndaş cəmiyyəti institutlarının bəzilərinin rəhbərləri həbs edilib, çoxunun bank hesabları dondurulub, müstəqil QHT-lərin xarici donorlarla işləməsinin qarşısı kəsilib.

Eyni zamanda, xarici donorların (Qərb mənşəli) Azərbaycanda fəaliyyəti də demək olar ki, qadağan edilib, onların bəzilərinin nümayəndəliklərinə qarşı da əsassız cinayət işləri qaldırılıb. Nəticədə ölkədə demokratikləşməyə və vətəndaş cəmiyyətinin inkişafına çox mühüm dəstək verən ABŞ Beynəlxalq Əlaqələr Üzrə Milli Demokratiya İnstitutu, Açıq Cəmiyyət İnstitutu-Yardım Fondu (Soros Fondu), İREX Təşkilatı, "World Vision” təşkilatı, Fridrix Nauman Fondu və bu kimi başqa təşkilatlar ölkəni tərk ediblər.

IV. SEÇKİ SİSTEMİ VƏ HÜQUQİ ÇƏRÇİVƏ

A. SEÇKİ SİSTEMİ

Tək palatalı parlament olan Milli Məclis beşillik müddət ərzində fəaliyyət göstərən 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi üzrə birmandatlı seçki dairələrindən birbaşa seçki hüququ əsasında gizli səsvermə yolu ilə secilirlər. Seçkilәrdә әn çox sәs toplamış namizәd seçilmiş hesab edilir. Әgər seçki dairəsində heç bir namizәd qeydiyyata alınmayıbsa vә ya yalnız bir namizәd qeydiyyata alınıbsa, o zaman hәmin dairәdә seçkilәr təxirә salınır vә proses təkrarlanır. Seçkilərin baş tutmuş hesab edilməsi üçün yetərsay tələb olunmur.

Əvvəlki parlament seçkiləri 7 noyabr 2010-cu il tarixdə keçirilmişdir. Beşinci cağırış Parlament seckiləri 29 avqust 2015-ci il tarixdə imzalanmış Prezident sərəncamı ilə ölkə Konstitusiyasının 84-cu maddəsinə uyğun olaraq noyabr ayının ilk bazar günü - 1 noyabr 2015-ci ilə təyin edildi.

 B. HÜQUQİ ÇƏRÇİVƏ

2015-ci il parlament seçkilәrinin keçiriləcəyi әsas qanunvericilik Azərbaycan Respublikasının Konstitusiyası (1995, son dəfә 2009-cu ildә dəyişikliklәr edilmişdir) və Seçki Məcәlləsindən (2003, son dәfə 2015-ci ildә dəyişikliklәr edilmişdir) ibarәtdir. Seçkilәr üçün hüquqi çәrçivәyә "Sərbәst toplaşma azadlığı haqqında” Qanun, "Televiziya və radio yayımı haqqında” Qanun, "Kütləvi informasiya vasitələri haqqında” Qanun, Mülki Prosesual Məcəllə, Cinayәt Mәcəllәsi vә İnzibati Xətalar Mәcәllәsinin müvafiq müddəaları, habelə Mərkəzi Seçki Komissiyasının (MSK) normativ xarakterli aktları daxildir.

Seçki Məcəlləsinə əlavə və dəyişikliklər

Bütün növdәn olan seçkilәrin keçirilmәsini tənzimləyən edil­miş və qüv­və­yə min­miş­dir. Ara­dan keçən 12 il­də 17 də­fə Seçki Mə­cəl­lə­si­ni də­yiş­di­rən və ya əla­və­lər edən tə­şəb­büs­lər Mil­li Məc­lis tə­rə­fin­dən real­laş­mış­dır.Ən son dəyişiklik 03 aprel 2015-ci il ta­rixdə edilmişdir.

Ümu­miy­yət­lə, son 12 il­də Seçki Mə­cəl­lə­si­nin 200-dək müx­tə­lif mad­də­si­nə əla­və, də­yi­şik­lik və ya dü­zə­liş edil­miş, ya­xud bü­tün­lük­lə mad­də Mə­cəl­lə­dən çı­xa­rıl­mış­dır. La­kin bü­tün bu ad­dım­lar atıl­ma­mış­dan ön­cə, cə­miy­yət­də­ki al­terna­tiv si­ya­si fi­kir da­şı­yı­cı­la­rı­nın, seçki sa­hə­sin­də ix­ti­sas­laş­mış ic­ti­ma­i qu­rum­la­rın, beynəl­xalq seçki mis­si­ya­la­rı­nın fi­kir­lə­ri­nə əhə­miy­yət veril­mə­miş, edi­lən də­yi­şik­lik­lər üçün ic­ti­ma­i kon­sensus ax­ta­rıl­ma­mış­dır.

Mə­cəl­lə­yə edi­lən də­yi­şik­lik­lər isə bir çox hal­da möv­cud olan nor­ma­la­rı da­ha da an­ti­demok­ra­tik və­ziy­yə­tə gə­ti­rən, ya­xud im­kan­la­rı, azad­lıq­la­rı da­ral­da­caq şək­lə sa­lan nor­ma­lar ol­muş, ya­xud şəx­slə­rə nə­zə­rən qa­nun­veri­ci­li­yə gə­ti­ril­miş­dir. Seçki müd­də­ti­nin 60 gü­nə­dək qı­sal­dıl­ma­sı, bu­na uy­ğun ola­raq im­za top­la­ma müd­də­ti­nin 2 də­fə azal­dıl­ma­sı, si­ya­si təş­vi­qat müd­dət­lə­ri­nin 22 gü­nə sa­lın­ma­sı, təş­vi­qat üçün möv­cud olan plat­for­ma­la­rın sa­yı­nın azal­dıl­ma­sı, sər­bəst top­laş­ma yerlə­ri­nin hər ra­yon­da cə­mi bir yerə dü­şü­rül­mə­si, döv­lət küt­lə­vi in­for­ma­si­ya va­si­tə­lə­rin­də təş­vi­qat im­kan­la­rı­nın mə­cəl­lə­dən çı­xa­rıl­ma­sı, kö­nül­lü pul depo­zi­ti­nin ləğv olun­ma­sı və di­gər möv­cud im­kan­la­rın məh­dud­laş­dı­rıl­ma­sı bun­lar­dan, sa­də­cə, bə­zi­lə­ri­dir.

Müsbәt irəliləyiş kimi 2008-ci ildә keçirilmiş prezident seçkilәrindәn sonra Mülki Prosessual Mәcәllәyә Seçki Məcəlləsində seçki ilə bağlı mübahisәlərlə əlaqәdar mәhkәmә yurisdiksiyasına dair müddәalardaki ziddiyәtlər aradan qalxdı vә bu müvafiq müddәanın tətbiqini asanlaşdırdı.

MSK-nın normativ xarakterli aktları

Mərkəzi Seçki Komissiyasının aktlarının monitorinqi zamanı məlum olmuşdur ki, həmin aktlarla seçkilərə dair əsas normativ hüquqi akt hesab olunan Seçki Məcəlləsinin tələbləri arasında ciddi uyğunsuzluqlar var. Bu uyğunsuzluqlar və Seçki Məcəlləsinin tələblərinin daha da məhdudlaşdırılması daha çox "Seçki komissiyası protokolunun doldurulması”, "Exit-poll”, "Seçki komissiyalarında şikayətlərin araşdırılması”, "Mətbuat qrupu”, "Veb-kamera”  "Səlahiyyətli nümayəndələrinin statusu” haqqında olan normativ xarakterli aktlarda rast gəlinir. Bu barədə daha ətraflı məlumatı İDİ-nin apardığı araşdırmadan əldə etmək olar.

V. SƏSVERMƏÖNCƏSİ MÜHİT

A. NAMİZƏDLƏRİN İRƏLİ SURULMƏSİ VƏ QEYDİYYATI

1.Hüquqi çərçivə

Secki Məcəlləsinin 53-cü maddəsinə əsasən namizəd oz təşəbbüsü və ya aktiv secki hüququ olan seçicilər tərəfindən irəli sürülə bilər. Həmin Məcəllənin 54-cü maddəsinə görə namizədin irəli sürulməsini həmçinin siyasi partiya və ya siyasi partiyalar bloku həyata kecirə bilər (Secki Məcəlləsi maddə 54.1). Siyasi partiya həmin partiyanın üzvlәri olmayan şәxslәrin namizәdliyini də irәli sürә bilәr. Namizәdliklәr müvafiq DSK-lara yazılı bildiriş tәqdim etmәklә irәli sürülür. DSK tәqdim edilmiş sәnәdlәri beş günlük müddəәt әrzindә yoxlamalı vә namizәdliyin təsdiq edilib-edilməməsi barədə qərar verməlidir. Təsdiq edildikdə muvafiq secki dairəsi ərazisi uzrə deputatlığa namizəd kimi qeydə alınmaq ucun namizədliyi irəli surulmuş hər bir vətəndaşa muvafiq dairə ərazisindən ən azı 450 secici imzası toplanması üçün imza vərəqləri verilməlidir.

450-dən çox təhvil verilmiş namizədin imzaları və digər sənədləri 7 gün əzrində DSK tərəfindən yoxlanılaraq namizədliyin qeydə alınıb-alınmaması haqqında qərar verilməlidir.

2. İDDİAÇILAR

Siyasi partiyalar institutsional olaraq funksionallıqdan çıxarılıb və onların sərbəst fəaliyyət göstərilməsinə hüquqi və faktiki mühit yoxdur. 2013-cü il Prezident seçkilərində əsas müxalif güc kimi özünü göstərən və rəsmi nəticələrinə görə ikinci olmuş, seçkidən sonra müəyyən ayrılmalar olsa da, Cəmil Həsənlinin rəhbərlik etdiyi aparıcı müxalif qurum olan Milli Şuranın və onun aparıcı qüvvəsi olan AXCP seçkillərin demokratik keçirilməsinə inamsızlığını ifadə edərək iştirakı baykot etmişdir. Seçkilərə start verildikdən sonra isə ADP də partiya formasında seçkilərdə iştirakdan imtina etdiyini bəyan etmişdir.

Yaradılmış bütün çətinliklərə baxmayara ölkənin aparıçı müxalif siyasi qurumlarından sayılan Müsavat Partiyası və REAL Hərəkatı seçkilərdə iştirk etməyi qərara almışdır. 7 siyasi partiyanı özündə birləşdirən "Azadlıq-2015”, Ümid Partiyası, VHP və digər partiyalar da seçkilərdə fəallıq nümayiş etdiriblər. Həmçinin müxalif siyasi gənclər hərəkatlarından NİDA VH, D18 və AĞ Blok təmsilçiləri də seçki kampaniyasına qoşulmuşdur.

Əvvəlki parlament seckilərindən fərqli olaraq hazırkı seckilərin ilkin mərhələsi - namizədlərin irəli sürülməsi və qeydiyyatı prosesi daha ciddi qanun pozuntuları ilə muşayiət olunub. Pozuntular əsasən hakim partiya və onun siyasətini dəstəkləyən və ya açıq loyal münasibət göstərənlər istisna olmaqla digər, xüsusilə də müxalf siyasi partiyalar və siyasi prtiyalar blokları və təşkilatlar adından namizədliyi irəli surulmuş şəxslərə qarşı baş verib.

Muşahidələr gostərir ki, 1 noyabr 2015-ci il parlament seckilərinin ilkin mərhələsində bir çox seçki dairələrində DSK-lar siyasi alternativsizlik muhitinin yaradılmasına səy gostərərək, bununla da YAP-ın dəstəklədiyi namizədlərlə muqayisədə digər namizədlərə munasibətdə siyasi ayrı-seckilik numayiş etdiriblər. IDI-nin araşdırmaları gostərib ki, ölkə üzrə təxminən 46 secki dairəsində siyasi alternativsizlik muhiti mövcud olub.

 Seçkidə iştirak edən əsas müxalif qurumlar olan Musvata Partiyası və Real Hərəkatı, həmçinin aparıcı müxalif gənclər hərəkatı olan NİDA seçki prosesində ciddi manelər və qanunsuzluqlarla üzləşmələrinə etiraz edərək seçkilərdə iştirakdan çəkinmələri haqqında qərar vermişdir. 29 oktyabr 2015-ci il tarixdə MSK və müvafiq DSK-lara namizədliklərindən imtina barəsində rəsmi müraciət edən Müsavat Partiyası və onun namizədlərinin ərizələri bir çox halda komissiyalar tərəfindən qəbul edilməmiş, qəbul edilən ərizələrə dair qərar qəbul edilməməişdir.

3.Rəsmi məlumat

Hazırkı parlament seckilərində namizədlərin irəli surulməsi və qeydiyyatı prosesi faktiki olaraq 1 sentyabr 2015-ci il tarixdə start verilib və 9 oktyabr 2015-ci ilədək davam edib. MSK-nın namizədliyin irəli sürülməsi və qeydə alınması barədə məlumatları seçki dairələri üzrə İnformasiya Mərkəzinin www.infocenter.gov.az saytında əvvəlki müsbət təcrübədən fərqli olaraq yerləşdirməkdən yayınmışdır. MSK sədri iclaslarda şifahi qaydada ümumi statistik qısa nəticələri ictimaiyyətə açıqlamışdır. Yalnız, MSK-üzvünün 2 dəfə rəsmi iclasda bu barədə məsələ qaldırmasından sonra qeydə alınmışlar barəsində məlumat yerləşdirilmiş, digər məlumatlar gizlədildiyindən prosesi izləmək mümkün olmamışdır. Ona görə də qeyd olunan rəqəmlərin reallığı əks etdirməsi barədə əminlik yarartmır. MSK-ya görə 1823- müraciət edən namizəddən 1457 –imzalarını toplayıb qaytarmışdır. Onlardan 1246 nəfər qeydə alınmışdır.

MSK DSK-ların qeydiyyatla bağlı qərarlarından edilmiş şikayətlərin çoxuna 28 oktyabr tarixinә qәdər baxaraq, müvafiq qәrarlar qәbul etmişdir. Bu barədə ətraflı məlumatı seçki şikayətlərinin MSK və məhkəmələrdə araşdırılmasına dair IDI-nin apardığı monitorinqin nəticələrindən əldə etmək olar. [14]

28 oktyabr tarixinә qədər 479 namizәd qeydiyyatdan sonrakı müddətdə çox qısa vaxt ərzində namizədliyini geri götürmüşdür. Qeyd edək ki, 2010 seçkilərində namizədliyini geri götürənlərin sayı cəmi 41 nəfər olmuşdur. Qeydə alınmış namizədlərin seçkilərdə iştiraka rəsmi davam edənləri sayı 767 nəfər olmuşdur.

  1. SEÇKİQABAĞI TƏŞVİQAT KAMPANİYASI

Seçki Məcəlləsinin 75.2.-ci maddəsinə əsasən seçkiqabağı təşviqat səsvermə gününə23gün qalmış başlayır və səsvermənin başlanmasına 24 saat qalmış dayandırılır. 2008 və 2010-cu illərdə Seçki Məcəlləsinə edilən əlavə və dəyişikliklər nəticəsində təşviqat müddəti seçkilərə 60 gün qalmışdan 23 gün qalmışadək azaldılması, dövlət televiziya və radiosunda təşviqat imkanlarının qadağan edilməsi normal təşviqat imkanlarını xeyli məhdudlaşdırıb.

Bu ilki seckilərin birinci mərhələsində siyasi partiya və bloklardan xeyli sayda namizədin qeydiyyata alınmaması nəticəsində hakim partiya olan YAP istisna olmaqla digərləri təşviqat dövründə pulsuz efir vaxtını əldə etmək hüququnu itiriblər. Bundan sonra YAP təktərəfli təşviqat aparmayacağını bəyan edərək əldə etdiyi hüquqdan imtina edib. Eyni hal 2010-cu il parlament seçkiləri dövründə baş versə də MSK qərarı ilə qeydiyyatdan keçmiş hər namizədə İctimai Televiziya və Radioda bir dəfə 4 dəqiqəlik pulsuz efir vaxtı verilmişdir. Bu il isə belə bir qərar olmayıb və beləliklə ödənişsiz təşviqat üçün şərait yaradılmayıb. Qeyd edək ki, Secki Məcəlləsinin 80.1-ci maddəsinə əsasən ölkə üzrə 125 secki dairəsinin 60-dan coxunda namizədi qeydə alınmış siyasi partiyalar və siyasi partiyalar blokları pulsuz efir vaxtı əldə edə bilirlər.

İTV pullu efir vaxtının qiymətini reklam qiymətinin maksimum həddindən də çox yüksək müəyyən edib və nəticədə müəyyən edilən qiymətdən heç bir namizədin istifadəsi mümkün olmayıb. Özəl teleradio şirkətləri isə seçki prosesində namizədlərə pullu vaxt ayırmaqdan imtina edib, təşviqat prosesindən kənarda qalıblar. Rəsmi qəzetlər də namizərlərə ödənişsiz yer ayırmaqdan imtina ediblər. Beləliklə, 22 günlük təşviqat dövrü mediada tam susqunluqla izlənmişdir.

Əvvəlki seckilərdən fərqli olaraq bu seckilərdə deputatlığa namizədlərin bir qısmı yeni medianın imkanlarından geniş istifadə ediblər. "Facebook”, "Youtube”, "Twitter” kimi sosial şəbəkələrdə namizədlərin təbliğatları aparılıb. Bu təşviqat usullarına muraciət edilməsinin digər bir səbəbi isə butun namizədlər üçün ödənişli təşviqat imkanlarının maddi baxımdan əlçatan olmaması, habelə televiziyaların təşviqat prosesində iştirak etməməsidir. Namizədlər öz təşviqatlarını həmçinin veb portallar və informasiya agentliklərində də aparıblar.

MSK seckiqabağı təşviqat dövründə namizədlərin seçicilərlə gürüşməsi və toplantılar keçirməsi üçün hər bir seçki dairəsi üzrə 1 açıq və 1 qapalı olmaqla cəmi 250 yerin siyahısını müəyyənləşdirib. Lakin 2010 parlament seçkilərində 2676 yer açıq və 2254 yer qapalı olmaqla cəmi 4930 yer ayrılmışdır. Beləliklə, 2010-cu ildəki vəziyyətlə müqayisədə təxminən 10 dəfə imkanlar məhdudlaşdırılmışdır.

Əvvəlki parlament seckilərindən fərqli olaraq, hazırkı seçkilər dövründə siyasi partiyaların yürüş-mitinqlər keçirməsi mumkun olmayıb. Ölkə üzrə yalnız 1 dəfə 25 oktyabr 2015-ci il tarixdə Bakı şəhərində yerləşən "Məhsul” stadionunda Musavat Partiyası 15 saylı Yasamal birinci seçki dairəsi üzrə namizədi İsa Qəmbərin seçicilər ilə görüşü üçün mitinq keçirib.

IDI-nin muşahidələri gostərir ki, secki müddətinin azaldılması qanunun imkan verdiyi üsul və vasitələrdən yararlanmaqla seckiqabağı təşviqat aparmağa ciddi məhdudiyyət yaradıb. Həmçinin əsas müxalifət qurumlarından Milli Şuranın seçkilərdə iştirak etməməsi, Musvata Partiyası və Real Hərəkatının seçkilərdə iştiraka qərar versə də seçki prosesində ciddi maneələr və qanunsuzluqlarla üzləşdiyi üçün etiraz edərək seçkilərdə iştirakdan çəkinmələri və başqa iştirakçıların da fəaliyyətinə normal şərait yaradılmaması seçki kampaniyası dövrünün tamamilə sönük keçməsinə səbəb olmuşdur. Bununla da seckiqabağı təşviqat prosesinin qarşıduran siyasi tərəflərin acıq, ədalətli və bərabər rəqabət şəraitində keçirilməsi imkanları itirilmişdir.

  1. SEÇKİ ADMİNİSTRASİYASI

Parlament seçkiləri 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300