Qurbanlıq heyvanı kəsərkən heyvanın başına və ya bıçağa oxunan dua


 

 

Qurbanlıq kəsərkən heyvanın başını kəsən insan kəsici aləti heyvanın boğazına qoyduqdan sonra aşağıdakı duanı oxuması müstəhəbdir. Əgər heyvanın başını kəsən duanı oxumağı bacarmırsa, duanı oxumağı bacaran şəxs əlini qurbanlıq heyvanın boğazına qoyaraq duanı oxuya bilər.

 

 

بسم اللَّه و اللَّه اكبر وَجَّهْتُ وَجْهِيَ لِلَّذِي فَطَرَ السَّماواتِ وَ الْأَرْضَ حَنِيفاً مسلما وَ ما أَنَا مِنَ الْمُشْرِكِينَ،إِنَّ صَلاتِي وَ نُسُكِي وَ مَحْيايَ وَ مَماتِي لِلَّهِ رَبِّ الْعالَمِينَ، لا شَرِيكَ لَهُ وَ بِذلِكَ أُمِرْتُ وَ أَنَا أَوَّلُ الْمُسْلِمِينَ. ألَّلهُمَّ مِنْك َ وَ لَكَ‌ بِسْمِ الله ِ وَالله ُ أكْبَرُ،‌ ألَّلهُمَّ تَقَبَّل مِنـِّي»

Oxunuşu:

"Bismillahi, vəllahu əkbər, vəccəhtu vəchiyə lilləzi fətərəs-səmavati vəl ərzə hənifən müslimən və ma ənə minəl müşrikin. İnnə səlati və nusuki və məhyayə və məmati lillahi rəbbil aləmin. La şərikə ləhu və bizalikə umirtu və ənə əvvəlul müslimin. Əllahummə minkə və ləkə, bismillahi, vəllahu əkbər, Əllahummə təqəbbəl minni."

Tərcüməsi:

"Tək tanrıya inanan müsəlman şəxs kimi göyləri və yeri yaradana (Allaha) üzümü tuturam. Mən müşriklərdən deyiləm. Mənim namazım, qurbanlığım, həyatım və ölümüm aləmlərin Rəbbi olan Allah üçündür. Onun şəriki yoxdur. Mən buna (yəni iman gətirməyə) əmr olunmuşam və mən müsəlmanlardanam. Allahım, bu qurbanlıq Səndəndir və Sənə görədir. Allahın adı ilə kəsirəm, Allah hər şeydən ucadır. Allahım, (bu qurbanı) məndən qəbul et".

P.S: İmam Əlidən (ə) rəvayət olunmuş bu duanı hər bir niyyət üçün Qurban kəsəndə, o cümlədən də İsmayıl (ə) qurbanı kəsəndə oxumaq savabdır.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/public_html/index.php on line 300