lacin-tehsili-obalar

Ötən həftə Prezident İlham Əliyevin sərəncamı ilə Laçın rayonunun icra başçısı Akif Səlimov vəzifəsindən azad edildi. Həmin vaxtdan bəri onun yerinə heç bir təyinat olmayıb. Bu da bəzi söz-söhbətlərə səbəb olub.

JAM.AZ-a verilən məlumata görə, Akif Səlimovu Laçında əvəz edəcək kadrın adı artıq açıqlanıb. Belə ki, Laçının yeni icra başçısının hazırda həmin rayonun Təhsil Şöbəsinə rəhbərlik edən Malik Vəliyevin olacağı deyilir. Məlumatda iddia olunur ki, Vəliyev artıq Bakıdadır və Prezident Admnistrasiyasında görüşə çağırılıb.

Amma rayonda başqa bir söhbət yayılıb. JAM.AZ xəbər verir ki, Vəliyev bir neçə yerdə ağzından qaçırıb ki, icra başçısı olmaq istəyir və bu işə düzəlmək üçün əlində pulu da var.

Qeyd edək ki, Azərbaycanda icra başçısı olmaq üçün pul deyil, hakimiyyətə sədaqət lazımdır. Malik Vəliyev mümkündür ki, işlədiyi müddətdə hakimiyyət dairələrinə sədaqətli olub. Lakin "pulumu verib işə düzələcəm” yanaşması hələ heç kimə vəzifə verməyib. Əksinə, yuxarı dairələr ağzı bütöv adamları qəbul edir ki, Malik Həsənov da onların sırasında olmayanlardan biri kimi diqqəti çəkir.

Qarşı tərəfində mövqeyin dərc etməyə hazırıq.


Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300