"Sizin üçün onlarla ünsiyyət edəsiniz deyə öz cinsinizdən zövcələr xəlq etməsi, aranızda sevgi, məhəbbət və mərhəmət yaratması da Onun qüdrət əlamətlərindəndir. Həqiqətən, bunda düşünən bir qövm üçün ibrətlər vardır!" Quran, 30:21

Bildiyimiz kimi, İslam dini və onun müqəddəs kitabı olan "Qurani-Kərim” qadına böyük dəyər vermişdir. Başqa səmavi kitablardan fərqli olaraq, "Quran”da qadınların adına bir çox surələr vardır. Buna misal olaraq "Qadınlar” (4), "Məryəm” (19), "İmtahana çəkilmiş qadın” (60) surələrini göstərmək olar. Həmçinin, bu müqəddəs kitabın yüzlərlə ayəsində qadınlardan, onların gözəl əxlaqından, kamil imanlarından və Allaha bağlılıqlarından, dualarının Allah dərgahında qəbul olunmasından bəhs olunur.

Bir qadın Həzrət Peyğəmbərimizin hüzuruna gəlib, ərinin hər gün onu döyməsindən şikayət etdi. 
Məhəmməd əleyhissəlam qadının ərini yanına çağırıb, nə üçün həyat yoldaşını döydüyünü soruşur.
Kişi arvadının hər işinin yaxşı olduğunu, amma bir nöqsanlı vərdişini tərgitdirmək üçün onu tez-tez döysə də, bu xasiyyəti tərgidə bilmədiyini deyir.
Peyğəmbərimiz bunun səbəbini belə izah etdi:
– Kişi (Adəm) torpaqdan, qadın (Həvva) isə kişinin qabırğasından yaranıb. Qabırğanın bir başında olan əyrilik qadının hansısa bir xasiyyətində mütləq özünü biruzə verir və döyməklə düzəldilməsi mümkün deyildir. Sındırıb, xarab edərsən. Sən çalış bu nöqsanın üstünü örtəsən ki, kənardan görünməsin.
Həzrət Peyğəmbərimizin bu nəsihətindən bütün kişilərimiz ibrət götürməlidir! Yəni, qadınlarda olan nöqsanı tez-tez onların üzünə vurmaqdansa, o nöqsanın üstünü örtmək daha fəzilətlidir.

Həzrət Fatimə ilə Həzrət Əli Əbinin toy günü Rəsulullah Həzrət Əlidən soruşdu:
-Ey Əli! Ciyərimi yer üzündə gəzən görsən, nə edərsən?
Əli əleyhissəlam: 
-Bilmirəm, ey Allahın Rəsulu! - deyə çaşqınlıqla cavab verdi.
      
Allah Rəsulu sorduğu sualın cavabını belə açıqladı:
- Övladlarımız bizim yer üzərində gəzən ciyərlərimizdir. Fatimə də mənim ciyərimdir. Mənim ciyərimlə necə davranarsansa Fatimə ilə də o cür davran.

Peyğəmbər əfəndimiz  bu tövsiyyəsini Həzrət Əlinin simasında bütün kişilərə edirdi ki, öz həyat yoldaşları ilə nəzakətlə rəftar etsinlər. Anlasınlar ki, qarşılarındakı bir atanın, bir ananın ciyərinin parçasıdır...

İslam tarixində bir çox kəramətli qadınlar olmuşlar ki, onlardan da biri  Həzrət Rəbiədir (haqqında bir çox filimlər və kitablar yazılan bu xanım övliya VII əsrdə yaşamışdır). Onunla Həsən Bəsri (VII əsrdə yaşamış övliya) arasında baş verən bir əhvalatı oxucuların diqqətinə çatdırmaq istəyirəm.

Bir gün Həsən Bəsri  Fərat çayının kənarında oturan Rəbiyyəni görüncə, səccadəsini suyun üzərinə sərib: "Gəl burada iki rükət namaz qılaq” -  dedi. Rəbiyyə: "Ustad, axirət əhlinə dünya bazarından bir nümunəmi göstərmək  istəyirsən? O halda onun eləsini göstər ki, insan oğlu bənzərini göstərməkdə aciz qalsın” – deyə cavab verdi.
 Rəbiyyə daha sonra səccadəsini havaya sərdi və "Ey Həsən, sən də buraya gəl və insanların gözündən qeyb ol” dedikdən sonra əsas söyləmək istədiyini söylədi: 
- Ustad, sənin etdiyini balıqlar, mənim etdiyimi isə, mələklər edər.  

Qurani-Kərimdə Allah-təala bir neçə ləyaqətli qadını insanlara örnək göstərərək buyurur:

"Allah kafirlərə Nuhun övrəti ilə Lutun övrətini misal çəkdi. Onlar Bizim qullarımızdan iki saleh bəndənin kəbini altında idilər. Onlar ərlərinə xəyanət etdilər və (Nuhla Lut) onları Allahın əzabından heç vəchlə qurtara bilmədilər. Onlara: "Başqaları ilə birlikdə siz ikiniz də Cəhənnəmə girin” – deyildi”.

"Allah iman gətirənlərə isə, Fironun zövcəsini (Asiyə bint Məzahimi) misal çəkdi. O zaman o: "Ya Rəbbim! Mənim üçün Öz dərgahında – Cənnətdə bir ev tik. Məni Firondan və onun əməlindən qurtar. Məni zalım qövmdən xilas et!” – demişdi”.

"Allah mömin qadınlara həmçinin namusunu (ismətini) möhkəm qoruyub saxlamış İmranın qızı Məryəmi də misal çəkdi. Biz Cəbrayıl vasitəsi ilə libasının yaxasından ona Öz ruhumuzdan üfürdük. Məryəm Rəbbinin sözlərini (şəriətini, dini hökmlərini), kitablarını təsdiq etdi və Allaha itaət edənlərdən oldu”.  "Quran”, "Qadağan” surəsi, 10-11-12-ci ayələr.

Söz ardı: yeri gəlmişkən, "8 mart" qadınlar bayramı münasibəti ilə bütün Azərbaycan xanımlarını təbrik edib, onlara ailə səadəti, sevincli, fərəhli ömür arzulayıram. Onu da qeyd edim ki, bayramla əlaqədar martın 8-də "Kitabevim.az" mağazasında hədiyyə kampaniyası keçirəcəm: mağazaya gələn hər bir xanım oxucuya "Xanım övliyalar" kitabımı hədiyyə edəcəm. Aksiya saat 13-dən 16-dək davam edəcək. Xanımlar kampaniyadan yararlana bilərlər. 

Ünvan: "28 may" metro stansiyasının çıxışı.
Əlaqə: 050 (70) 375 30 97
Paşa Yaqub - tədqiqatçı-yazıçı.

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300