Ləğv və işğal edilmiş rayonumuz – 27 il

 

Bu gün Azərbaycanın Ağdərə rayonunun işğalından 27 il ötür.

Axar.az xatırladır ki, Ağdərə rayonu 1993-cü il iyulun 7-də Ermənistan silahlı birləşmələri tərəfindən işğal edilib. İşğal nəticəsində və sonrakı illərdə Azərbaycan xalqına məxsus mədəni irs talan edilib, saxtalaşdırılıb və infrastruktur dağıdılıb.

Məlumat üçün bildirək ki, bu rayon 8 avqust 1930-cu ildə təşkil edilib. 10 sentyabr 1939-cu ilədək Cerabert, 1991-ci ilə qədər Mardakert, həmin tarixdən ləğv olunana kimi Ağdərə adlanıb.

İnzibati mərkəzi Ağdərə şəhəri olub. 1989-cu ildə SSRİ tərəfindən aparılmış siyahıyaalınmaya görə, rayonun 14 kəndində 14 min azərbaycanlı əhali yaşayırdı. Ərazidə zəngin daş kömür, əhəngdaşı, qızıl və mis, qurğuşun, sink yataqları, habelə Tərtər çayı üzərində Sərsəng su elektrik stansiyası var.

Ağdərənin 75059 min hektar ərazisi (rayonun ərazisinin 44 faizi) nadir və qiymətli ağac növləri olmaqla meşə massivləri ilə örtülü idi.

Azərbaycan Respublikası Milli Məclisinin 13 oktyabr 1992-ci il tarixli, 327 nömrəli qərarına əsasən, Ağdərə rayonu ləğv edilmiş, ərazisi Tərtər, Ağdam, Kəlbəcər rayonları arasında bölüşdürülmüşdü. Həmin qərara əsasən, Ağdərə rayonunun 8 kəndi Ağdam rayonunun, 23 kəndi Kəlbəcər rayonunun, Ağdərə şəhəri və 13 kəndi Tərtər rayonunun inzibati tərkibinə verilmişdi.

Qeyd edək ki, hazırda Ağdərənin Tərtərə aid kiçik bir hissəsi Azərbaycanın nəzarətindədir. Ağdərə şəhəri də daxil olmaqla, ərazilərin çox hissəsi Ermənistan silahlı qüvvələri tərəfindən işğalda saxlanılır.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300