Yaponiyada koronavirusa qarşı vaksinin kliniki sınaqlarına başlanılıb

 

Yaponiyanın "AnGes” biofarmasevtik startap şirkəti ölkədə koronavirusa qarşı vaksinin ilk sınaqlarına başlaması barədə məlumat yayıb.

AZƏRTAC Yaponiya KİV-lərinə istinadla xəbər verir ki, həmin şirkət Osaka universitetinin tədqiqatçılar qrupu tərəfindən yaradılıb. Bildirilir ki, şirkət Osaka universitetinin xəstəxanasında 30 sağlam şəxs üzərində DNK vaksininin sınaqlarına başlayıb.

Vaksinin tərkibində virusun üzərində yerləşən zülalın DNK-nın olduğu bildirilir. Tədqiqatçıların qənaətinə görə, vaksinin yeridildiyi insanın immun sistemi koronavirusa yoluxmanın qarşısını alan anticisimlər hazırlayacaq.

Kliniki sınaqların iştirakçıları iki həftə ərzində fasilələrlə vaksinin iki inyeksiyasını alacaqlar. Bundan sonra anticisimlərin hazırlandığını müəyyən etmək üçün testlər keçiriləcək.

Sınaqların tətbiq edildiyi 15 nəfərə vaksinin böyük dozası, digərlərinə isə az doza yeridiləcək. Tədqiqatçıların qruplar arasındakı fərqi müqayisə edəcəyi bildirilir.

Eyni zamanda, şirkətin cari il ərzində kliniki sınaqların növbəti mərhələsinə keçəcəyi də qeyd edilir.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300