Kürün sahilində suya həsrət sakinlər-REPORTAJ

Neftçalada su problemi ilə bağlı yəqin ki, məlumatsız vətəndaşımız yoxdur. Amma problem fərdiləşib, sanki təkcə neftçalalıların problemidir. Min hektarlarla əkin sahəsi, bir o qədər həyətyanı sahələr, heyvanlar və yaranmışların əşrəfi olan insanımız susuzdur. Deyilən sözlər, verilən vədlər sadəcə zaman qazanmaq naminə edilir.


   Problem Kür çayının məcrasından aşağı düşməsidir:


Kür çayı uzun bir yol qətt edib Neftçala rayonunda Xəzər dənizinə qovuşurdu. Son bir neçə ildə Kür çayında suyun azalması nəzərə çarpacaq qədər hiss edilirdi və bunun üçündə çayın nildən təmizlənməsi üçün müxtəlif layihələr də icra edildi. Neftçala rayonu Kür Qarabucaq kəndində Fövqaladə Hallar Nazirliyinin Dib Dərinləşdirilmə İşləri İdarəsi yaradıldı.

  2017–ci ilin bu aylarında Kür çayının nildən təmizlənməsi üçün Aşağı Qaramanlı, Qədimkənd, I Qaralı və Kür-Qarabucaq kəndlərində işlər görüldü. Həmin vaxt uluyol.info olaraq araşdırma yazımız olmuşdu (http://www.uluyol.info/index.php?newsid=8641) Mənasız layihə olduğunu deyəndə bizi qərəzdə suçlayanlar bu gün etiraf edir ki, nildən təmizləmə zamanı Kür çayının axını, külək istiqaməti nəzərə alınmayıb. Həmin vaxt Aşağı Qaramanlı ərazisində yerləşən 100 hektara yaxın adada FHN-nin biabırçılığını işıqlandırmışdıq. Adada boş sahələr olduğu halda Qırmızı kitaba düşmüş ağaclardan ibarət 17 hektar ərazini iri texnikalarla düzləyib nilin tökülməsi üçün yerlər düzəltdilər. Milyonlarla ağac məhv edildi. Kürün Aşağı Qaramanlı ərazisindən keçən tarixi qolunun qarşısını bağladılar. Sonralar həmin tarixi qol elə tarixə qovuşdu.

   Daha sonra Kürün dənizə tökülən hissəsində nilin təmizlənməsi işi görüldü və bu gün yerli icra orqanlarıda etiraf edir ki, qazıntı işləri düzgün aparılmadığı üçün Xəzər Kürə daxil olur. Kür çayına yersiz müdaxilə və indi insanımız çıxılmaz vəziyyətdə qalıb.

   Buna qədər Kürlə bağlı aparılan işlər mahiyyətindən kənara çıxmış və nəticə etibarı ilə nəticəsizliyin şahidi olmuşuq. Çayın istər daşıb Kür ətrafı kəndlərin su altında qalmaq təhlükəsi zamanıda, istərsə də məcrasından aşağı düşüb fanton qurğularının su ötürmək qabiliyyəti sıfıra enəndə də. Elə bununla bağlı da araşdırma yazımız olmuşdu(http://www.uluyol.info/index.php?newsid=3429)



    Mart ayında anonsu verilən problemə biganəlik...


  Mart ayında KİV-lərdə Kür çayının kəskin azalması və yaxın zamanlarda quruma təhlükəsinin olduğu qeyd olunsada adiyyatı qurumlar səssiz qaldılar. Qabaqlayıcı tədbirlər görülmədi. Bu arxada qalan 4 ay ərzində su necə gəldi istifadə edildi. Gecə-gündüz, 24 saat fanton qurğuları işlədi və artıq qalan sular kollektorlara axıdıldı ki, bu da sonralar xüsusi nasoslara Xəzərə axıdıldı.

  Məsələnin digər bir tərəfi isə, günlərin birində sakin həyətdə çəndən su götürür və dadının dəyişdiyini hiss edir. Yəni o sakinin həyətindəki çənə Kür çayının suyu gəlib çıxana qədər müəyyən yol qətt edir ki, heç kimin xəbəri olmayıb. Sanki zəhər müxtəlif çaylardan, borulardan rahat evimizə qədər gəlib çıxa bilər, bilir...

 No description available.

    Sudan istifadə yerləri...


 Rayonun mərkəz hissələrində sudan ancaq gündəlik təlabat üçün, təmizliyə istifadə edilirsə, kənd yerlərində bu belə deyil. Kənd yerlərində həyətyanı sahələr: burada müxtəlif ağac və tərəvəzlər əkilir, buda həmin ailənin istifadəsi və müəyyən qədər məhsulun bazara çıxarıb ailə büdcəsinə xeyri demək idi. Bundan əlavə kənd yerlərində bildiyimiz kimi toyuq-cücə, mal-qara üçün də su vacib amildir .Artıq neçə gündür həyətyanı sahələrdə mövsümi əkilən tərəvəzlər, heyvanlar susuzluqdan əziyyət çəkir. İnsanımız isə 25-30, bəzi yerlərdə isə 80-100 manata içməli su gətizdirirlər. Artıq iribuynuzlu heyvanların tələf olması halları müşahidə edilir.


 

    Su maşınları insanların təlabatını ödədi?


Dövlət orqanları yekdilliklə insanların suya təlabatının dövlət hesabını ödənildiyi vurğulasalarda, əslində mənzərə tam başqadır. Düzdür rayon ərazisində ki, bəzi su maşınlarının sürücülərinə hər reylsinə 30 manat və yanacağını verirlər. Buda müəyyən limitlədir. Və daşınan su müəyyən məhəllərdə olur ki, buda insanımızın tam istifadə edə biləcəyi normada olmur. Dünən redaksiyamıza olanan zənglərdə artıq içməli su üstündə mübahisələrin yarandığı qeyd olunurdu. Su həyat mənbəyidir və hər kəs su götürmək istəyir. 3-4 tonluq maşınla qızmar yay aylarında neçə ailəyə bəs edər ki?! Digər aldığımız informasiyalarda isə Mayak kəndinə 100 manata aparılan sudan, Aşağı Qaramanlı və ətraf kəndlərdə isə 25-30 manata suyun gətirilməsi qeyd olunurdu.

No description available.

 Mingəçevir su anbarı işə yaradımı?

Kür çayının Dənizə tərəf yenidən yön alması üçün Mingəçevir su anbarından axan suyun həcmi artrılsada bu nəzərə çarpacaq qədər hiss olunmadı. Buna qədər ümidlər Mingəçevirdən buraxılacaq suya idi. Nəticə olmadı deyə artıq Aşağı Qaramanlı Və Kür-Qarabucaq kəndlərində əkin sahələri üçün nəzərdə tutulmuş fantonların istifadəsi də dayandırılmışıdr. İyunun 29-u Kür çayının Kür-Qarabucaq kəndindən hissəsini müşahidə elədik və suyun duzlu olmasının şahidi olduq. Üzü Salyan istiqamətində Xəzər dənizi irəlləməkdə davam edirdi. Qeyd edək ki, dayandırılan fantonların onsuzda nə əkin sahələri üçün, nə də heyvandarlıq üçün istifadə etmək onsuzda mümkünsüz idi.


Əslində Kürün suyu içməlidirmi?


 Bu gün davasını apardığımız su əslində nəinki insan orqanizminə zərəlidir, hətta heyvanlara vermək belə olmaz. Kür çayı mənsəbinə qədər qətt etdiyi məsafələrdə istər insanlar tərəfindən, istərsədə özünün tərkibi sağlamlığa olduqca ziyanlıdır. Ancaq bu vaxta qədər məcburiyyətdən istifadə edilib. Məhz suyun içməyə yararsız olduğu üçün "Regionların içməli suya olan tələbatını ödənilməsi dövlət proqramı” üzrə bir neçə rayonlarımızın qəsəbə-kəndlərində içməli su problemi dövlət büdcəsi hesabına həll olundu. Buda 2014-2015 ci illərə təsadüf edirdi. Amma qısa zaman ərzində yararsız hala düşən suartizan çənləri və kəndlərdəki quraşdırılan bulaqlar, yeraltı borular sıradan çıxdı. Xatırladaq ki, Sutəmizləyici qurğular müxtəlif ölkələrdən gətirilmişdi və dəyəri milyonlarla ölçülə biləcək layihə idi. Di gəl ki, istifadə verilməsiylə adiyyatı qurumlar işlərini bitmiş hesab etdilər. Sonralar nəzarət olunmadı deyə zamanla demək olar ki, hamısı sıradan çıxdı.

    İndi üzləşdiyimiz susuzluq və əldə edə biləcəyimiz suyun tərkibinin normal hala gətirilməsi üçün zamanında qurğular istifadəyə verilmişdi. Ola bilər ki, suyun şorluğunu təmiz aparmasa belə, qurğulara müəyyən müdaxiləmizlə işimizə yarayardı, ya da ən azından həmin qurğuları xüsusi maşınlarla doldurub və hazır məhəllələrə su vermək olardı. İstifadəyə yararlı vəziyyətdə qalsaydı...

 No description available.

Azərbaycan Respublikası Ekologiya və Təbii sərvətlər nazirliyi tərəfindən Modul tiplisu təmizləyici qurğunun istifadə olunması üçün istiafdə olunmuş avadanlıqlar: İdarətmə sistemi(M.Gerlin,Almaniya), Avtomatik filtirlər(Clack,ABŞ), Lil və qumtutucu filtirlər(Etatron,İtaliya), Kimyəvi təmizləmə sistemi (Aqualine,Belçika), Aktiv karbin filtri (Aqualine,Belçika), Dalğıc nasosu və hidrafor (Wilo,Almaniya), Xlor təmizləyici nasos(Seko,italiya) Ultra bənövşəyi zərərsizləşdirmə sistemi(Siemens,Almaniya), Modulda komplektləşdirilmişdir(arıArıtma,Türkiyə) əlavə olaraq bulaqların hazırlanması istifadə olunan sment, kubik, ağ lay, krantlar, yeraltı plastik borulan, işçilərin əmək haqqısın hesablayanda ortaya milyonlar çıxır.

 

 

Saday Fərəcov, uluyol.az

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/public_html/index.php on line 300