Bu müəllimlərə ŞAD XƏBƏR: İki iş yerində...

 

Bu ildən etibarən müddətli əmək müqavilələrinin daimiləşməsi və ya yerdəyişmə müsabiqəsində uğur qazanan namizədlərə də müəllimlərin işə qəbulu müsabiqəsində iştirak etmək hüququ veriləcək.

Təhsil Nazirliyindən publika.az-a verilən məlumata görə, müsabiqələr nəticəsində uğur qazanan bütün namizədlər (ibtidai sinif müəllimliyi ixtisası istisna olmaqla) maksimum iki iş yerində daimi əsaslarla çalışa biləcəklər.

Müddətsiz müqavilə əsasında çalışan müəllim müddətli əsaslarla ikinci iş yerinə qəbul olaraq, əmək müqaviləsini daimiləşdirdikdən sonra yerdəyişmə müsabiqəsində uğur qazandığı halda hər iki iş yerində daimi əsaslarla işləyəcək. Bu zaman onun yerdəyişmə müsabiqəsində tutduğu yer əsas, daimiləşdiyi yer əlavə iş yeri olacaq.

Müddətsiz müqavilə əsasında çalışan müəllim işə qəbul müsabiqəsində uğur qazandığı halda hər iki iş yerində daimi əsaslarla işləyəcək. Bu zaman onun işə qəbul müsabiqəsində tutduğu yer əsas, əvvəl çalışdığı yer əlavə iş yeri olacaq.

Yəni müddətsiz müqavilə əsasında çalışan müəllim müddətli əsaslarla ikinci iş yerinə qəbul olaraq, əmək müqaviləsini daimiləşdirdikdən sonra yerdəyişmə müsabiqəsində və daha sonra növbəti işə qəbul müsabiqəsində uğur qazandığı halda onun maksimum iki yerində, 3 seçimdən biri əsasında çalışmaq imkanı olacaq. Bu halda müəllimlərin

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300