Kondisionerlər koronavirus yayır?

 

"Kondisionerlərin koronavirusu yayması ilə bağlı hər hansı təsdiq olunmuş məlumat yoxdur".


Uluyol.info e-tibb.az-a istinadən bildirir ki, bunu kardiocərrah, tibb elmləri doktoru, Nazirlər Kabineti yanında Operativ Qərargahın Qərargahın tibbi eksperti Rəşad Mahmudov açıqlayıb. R. Mahmudov deyib ki, ancaq kondisionerlərin istənilən şəraitdə istifadə edilməsi məsələsinə də həssas yanaşmaq lazımdır: "İnfeksiyaya yoluxmuş insanların uzun müddət kondisionerin altında yatması onların durumunu daha da ağırlaşdıra bilər. Eyni zamanda avtomobillərdə kondisionerlərdə daxili sirkulyasiya düzgün olmaz, çöldəki hava ilə sirkulyasiya vacibdir. Çünki avtomobildə virus olsa, bunu yaya bilər".

İnfeksion xəstəliklər və kliniki mikrobiologiya üzrə mütəxəssis, uzman həkim Vasif Əliyev e-tibb.az-a bildirib ki, kondisionerli havada insan daha tez xəstələnir, immun sistemi daha tez aşağı düşür: "Soyuq hava zökəm kimi xəstəliklərin daha tez yaranmasına səbəb olur. Kondisioner havasında nə qədər çox otursaq bir o qədər bədən müqavimətimiz zəifləyir. Xəstəliyə yoluxma riskimiz də artır. Ancaq havanın, mövsümün bu xəstəliklə əlaqəsi yoxdur. Havada gərək virus olsun ki, kondisioner virusu yaysın. Virus olmadığı halda kondisoner onu necə yaysın, çöldən virus gəlmir".

 

 
Uluyol.az

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300