Müsavat Partiyası, ReAl və N!DA Vətəndaş Hərəkatları bu gün 1 Noyabr seçkilərini tanımadıqlarını, nəticələrin ləğv olunmasını və seçkilərin təkrar keçirilməsini tələb edən birgə bəyanat imzalayıblar. Həmin bəyanatın tam mətni ilə "Basta" oxucularını da tanış edirik:                          

MusavatNidaReal

       Müsavat Partiyasının, "REAL” Vətəndaş Hərəkatının                                və "NİDA” Vətəndaş Hərəkatının

B İ R G Ə   B Ə Y A N A T I

Müsavat Partiyası, "REAL” Vətəndaş Hərəkatı,  "NİDA” Vətəndaş Hərəkatı

- Siyasi məhbusların azad edilmədiyi;

- Azad və ədalətli seçkilərin keçirilməsi üçün normal mühitin yaradılmadığı;

- Seçki komissiyalarının hakimiyyətin tam nəzarəti altında qaldığı;

- Bərabərhüquqlu təbliğat imkanlarının təmin edilmədiyi;

- İctimai diskussiyaların təşkil edilməsi məqsədi ilə namizədlərə pulsuz efir vaxtının ayrılmadığı;

- Nəticə etibarilə faktiki alternativsizlik şəraitində və repressiya dalğası altında keçirilən seçkilərin nəticələrini tanımadığını bəyan edərək;

Azərbaycan hakimiyyətindən 1 noyabr 2015-ci ildə Azərbaycan Respublikası Milli Məclisinə keçirilmiş seçkilərin nəticələrinin ləgv edilməsini, siyasi məhbusların dərhal azadlığa buraxılmasını, seçki qanunvericiliyində zəruri islahatların aparılmasını və 2016-cı ildə təkrar seçkilərin keçirilməsini tələb edir.

02 noyabr 2015-ci il

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300