Xədicə İsmayılovanı təbrik etmək istəyənlər həbsxanaya buraxılmadı [VİDEO]

Martın 7-də vətəndaş cəmiyyəti fəalları və jurnalistlərdən ibarət Sivil Toplum Platforması araşdırmaçı jurnalist Xədicə İsmayılovanın cəza çəkdiyi 4 saylı cəzaçəkmə müəssisəsinin qarşısına toplaşıb. Lakin müəssisəsinin administrasiyası fəalların görüşünə icazə verməyib və 8 mart Beynəlxalq Qadınlar Günü münasibətilə jurnalistə gətirilən hədiyyələri qəbul etməyib.

Administrasiya fəalların görüşə buraxılmamasını, – "bu gün qəbul gününün olmamaması” ilə əsaslandırıb. Lakin Sivil Toplum Platformasının üzvləri görüş verilməməsini və hədiyyələrin qəbul edilməməsini qanunvericiliyin pozulması kimi dəyərləndirib.

 

Administrasiya ilə danışıqlar bir saat yarıma qədər davam etsə də nəticəsiz qalıb. Xədicə İsmayılova 2014-cü il dekabrın 5-də həbs olunub. Jurnalist vergidən yayınma, qanunsuz sahibkarlıq kimi ittihamlarla 7 il 6 ay azadlıqdan məhrum edilib. Lakin o, ittihamları qəbul etmir və korrupsiya araşdırmalarına görə həbs olunduğunu bildirir.

"Amnesty İnternational” beynəlxalq hüquq müdafiə təşkilatı Xədicə İsmayılovanı "vicdan məhbusu” elan edib.///amerikanın səsi


Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300