Sərhədlərin bağlı qalma müddəti uzadıldı
Dövlət sərhədindən giriş-çıxış 1 iyula qədər uzadılır.
Uluyol.info-nun məlumatına görə, bunu bu
gün Nazirlər Kabineti yanında Operativ Qərargahın keçirdiyi brifinqdə Nazirlər
Kabinetinin Mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov deyib.
Onun sözlərinə görə, həmin müddətə qədər ölkəyə giriş-çıxış qadağan edilir:
"İnfeksiyanın yayılması hallarının artması buna şərait yaradır. Yük
daşımaları və çarter reysləri istisna olunur".