Bakıda YPX avtomobili ağır qəzaya düşdü
Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsində yol-nəqliyyat hadisəsi qeydə alınıb.
Baku.ws xəbər verir ki, YPX avtomobili "Mercedes Benz ML” markalı maşınla toqquşub.
Hadisə şahidlərinin sözlərinə görə, qəza nəticəsində hər iki avtomobilə ciddi ziyan dəyib.