"Evə gətirəndə gördüm ki...” - "İrşad Electronics”dən ŞİKAYƏT

 

Elşən Nəbioğlu adlı Facebookdakı "Müştəriyəm Şikayətim Var” qrupuna şikayət ünvanlayıb.

Onun şikayət məktubunu oxucularına təqdim edirik:

"Şikayətim "İrşad Electronics” mağazalar şəbəkəsindəndir. Aprelin 22-i JVC markali 108 ekran TV sifariş verdim, Sifariş online edildi. Karantinlə bağlı dükanlar bağlı olduğundan, sifarişim aprelin 25-i gəldi, çatdırılma xidməti gecikdiyindən, işimizi yubatmamaq üçün televizoru bizə yaxın bir yerdən özümüz gedib götürdük.”

Evdə xoşagəlməz sürprizlə qarşılaşdığını bildirən şikayətçi fikrini belə davam etdirir: "Evdə televizoru açıb baxanda ekranında şəkildə gördüyünüz xətti aşkar etdim və aprelin 26-sı televizoru texniki servisə aparıb, qaytarilmasini ya da dəyişdirilməsini tələb etdim. Servisin işçisi 20 dəqiqəyə yaxin televizoru silib təmizlədi və sonda oturacaq hissəsində, korpusunda cızıq aşkar etdi. Halbuki, televizorun ayaqlarını heç taxmamışdım da. Bu mənə aid problem deyil, mən televizoru ekranındakı cızığa görə gətirmişdim servisə”.

Aldığı məhsuldan razı qalmadığı üçün onu qaytarmaq, yaxud dəyişdirmək istəyən şikayətçi heç gözləmədiyi və onu əsla qane etməyən bir təklif aldığını bildirir məktubunun sonunda: "Aprelin 28-i telefonuma mesaj gəldi ki, "cihazniz hazirdir”. Servisə getdik, dedilər, ekrani dəyişə bilərik.

Bircə gün belə işlətmədiyim televizorun ekranini niyə dəyişməlidirlər axı?! Belə şey olmaz. Mənə aid olmayan bir qüsur-televizorun korpusundakı ciziq mənim boynuma niyə qoyulmalıdir!?”Sfera.az

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300