İcra başçısı fəhlələrin pulunu niyə vermir?-

"Bərdə rayon İcra Hakimiyyəti başcısı Vidadi İsayev vəzifəyə gəldiyi gündən öz qohum əqrabaların başına toplayıb, yerli əhalini incidərək şəhərdən uzaqlaşdırır”.

Uluyol.info Yenilik.az-a istinadən xəbər verir ki, bu sözləri Bərdə sakini Cəfərov Elgiz Əvəz oglu bildirib.

Onun sözlərini olduğu kimi təqdim edirik: "Bərdəyə indiki icra başcısı Vidadi isayev vəzifəyə gələndə, şəhərin quruculuq və abadlış işlərində ustalara ehtiyac olduğun bildirdi. Məndə Bakıda mənimlə işləyən işci biriqadasın yığıb 43 nəfərlə öz doğma rayonum olan Bərdəyə getdim.

Getdiyimiz gün başcının bacanağı olan Mahmud adlı şəxs bizi qarşıladı. Elə həmən gündən də görüləcək işlərlə bizi tanış etdi, şəhərin yol kənarı hasarların, mağaza dükanların, idarə binalarının üz fasad daşlarını yenilənməsi işlərini bizə tapşırdı.

İşin qiymətində danışıb razılaşdıq, və bizi tənbehlədiki "burda kimdənsə pul istəməyəcəksiniz, bütün işlərin hesabatını icrada işləyən Vüqar adlı vəzifəli şəxsə verirsiz və pulunu da məndən tələb edirsiz” dedi.
İlk günlərdə hər şey normal idi, ustaların pula ehtiyacı olduqca Mahmud məllimə deyirdik, oda anında pulları verirdi.

Müəyyən vaxtdan sonra bizi incitməyə başladılar. İşlər yekunlaşdıqca pullarda da ləngimələr oldu.

Bizə tapşırılan bütün işləri bitirdik, hansı obyektdən nə qədər pulumuzun qalması barədə siyahını götürüb getdim icra başcısı Vidadi İsayevin qəbuluna, 5300 manat alacaq olan siyahını ona təqdim etdim. O da siyahını götürüb dedi. Narahat olma düşək aşağı gedək Mahmud məllimi çağırıb siyahını verəcəm ona, getsin bütün pulları toplasın versin. Getdik şəhər parkına orda zəng edib Mahmud məllimi çağırtdı, mən biraz kənarda idim, bunlara taxınlaşmaq isdeyende başcının muavini olan Vidadi İmanquluyev qarşımı kəsdi və başcıya yaxınlaşmamağımı istədi, mən də dedimki başcı özü çağırıbki pulumu alsın versin.

Mənə sərt şəkildə əgər burdan uzaqlaşmasan səni "içəri "soxduracam”, alacağın pulun üstündə də 5300 qoyub polisdən özünü qurtararsan” dedi. Çıx get sabah məni tap, kömək edəcəm.

Məndə ordan uzaqlaşdım, sabahısı gün müavin Vidadini tapdım, o puldan cəmi 800 manat mənə pul verdi və Bərdəni tərk etməyimi dedi, əks halda məni tutduracaqların bildirdi.

Ordan uzaqlaşdım, ustalar haqlarını tələb etməyə başladılar, məndə məcburən faizə pul verənlərdən 6 min dollar alıb ustalara verəcəklərimi ödədim. Ustalar onları Bərdəyə mənim apardığım üçün cavabdeh də məni bildilər.

O gündən sonra Bərdədən uzaqlaşdım gəlib Bakıda işləyib borcumu qaytarmağa çalışdım, ancaqki o pulun üstünün faizini qaytara bildim müəyyən vaxda qədər. Əsas məbləq olan 6000 dollar qalırdı, faizi dollarla götürmüşdüm, o vaxtda dolların kursu manata nisbətdə 0,78 idi, sonralar bəzi ayları verə bilmədim o pul qalxıb 8000 dollar oldu, məndə məcburən keçən ilin yayında ata evimizi satdırıb o borcu bağladım,

Bu arada keçən 5 ilə yaxın vaxtda nə qədər cəhd etdimsə də icra başcısın qəbuluna düşə bilmədim. Öz doğma elimə qorxa qorxa-qorxa gedib gəlirdim. Axır məcbur olub rayonumuzun millət vəkili olan Zahid Oruc məllimə dərdimi danışdım, o da əlindən gələni edəcəyin bildirdi. Və mənim Vidadi İsayevlə görüşməmə köməklik etdi, bu ilin yanvar ayının 10 günü Bərdədə icra hakimiyyəti binasına girmək, başcıyla görüşmək mənə qismət oldu. Zahid məllimin şahidliyi ilə icra başcısıyla görüşdük, her şeyi olduğu kimi tekrarladım, Vidadi isayevin verdiyi cavab o olduki bunları Mahmud deyilən adam işlədib, gedin Mahmudu verin məhkəməyə pulunuzu alın.

Qayıdıb gəldik Bakıya. Zahid məllim zəng etdi başcının bacanağı olan Mahmuda, mənimlə görüşüb dərdimi dinləməyin isdedi. Mahmud məllim mənə zəng etdi Bakıda parkların birinde görüşdük, mən ondan haqqımı tələb etdim. O da hansıki biz işlədiyimiz obyektlərki var, o obyektlərdən pul ala bilmədiklərini və o işləri icra başcısı Vidadi İsayevin tapşırığı ilə etdirdiyin bildirdi. Və qeyd etdiki əslində o işlər üçün pul dövlət büdcəsindən ayrılsa da, Vidadi isayev o pulları həmin obyekt sahiblərinin və idare müdürlərinin ödəyəcəyini bildirib, daha sonrada o idarə müdürlərini işdən qovub yerinə öz qohumların qoyduğu üçün ortada batan biz ustaların pulları olub. (İşıq idaresinin müdüri) ( musiqi və mədəniyyət evinin müdiri)

İndi çarəsiz durumdayam, haqqımı kimden alacağımı bilmirəm”.

Qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.

ULUYOl.İNFO

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300