isa

Azərbaycandakı saxta seçkilər bu gün bir sıra beynəlxalq təşkilatların gündəmində olub. Seçkilərdən əvvəl Azərbaycandakı vəziyyətlə bağlı sərt qətnamə qəbul etmiş Avropa İtifaqının rəsmiləri gözlənildiyi kimi, noyabrın 1-də keçirilən parlament seçkilərinin saxta olduğunu konstatasiya ediblər.  

Avropa Parlamnetinin rəhbəri Martin Şults Azərbaycanda keçirilən son parlament seçkilərini antidemokratik adlandırıb. Şults Tvitter səhifəsində qeyd edib ki, bu seçkilər etimad qazanan standartlara uyğun olmayıb. "Azərbaycanda demokratiya, azadlıq və plüralizm böyük maneələrlə üzləşməkdədir”, – deyə o bildirib. 

Avropa İttifaqı Xarici Fəaliyyət Xidmətinin sözçüsü Maja Kocijancic də Azərbaycanda keçirilmiş parlament seçkisi barədə ilkin bəyanat yayıb. Bəyanatda deyilir ki, 2015-ci il noyabrın 1-də Azərbaycanda keçirilmiş parlament seçkisində seçki müşahidəçilərinin sayı barədə Azərbaycan hakimiyyət orqanları ilə ATƏT/DTİHB (Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu) arasında razılıq əldə olunmadığndan təşkilat seçkiyə öz müşahidə missiyasını göndərməməyə məcbur olub, lakin seçkilərə Avropa Şurası Parlament Assambleyasının Seçki Müşahidəsi Missiyası göndərilib.

Bununla belə, Avropa İttifaqı Azərbaycanı ATƏT/DTİHB-nin bundan əvvəlki tövsiyələrini icra etməyə çağırıb.

Bəyanatda Müsavat Partiyasının seçkidən çıxması da qeyd olunub. "Avropa İttifaqı beynəlxalq standartlara uyğun, şəffaf və bütün tərəflərin iştirakını təmin edən seçkiləri dəstəkləyir. Dünənki seçkidə bir əsas müxalifət partiyası iştirak etməyib, çünki belə qərara gəlib ki, bütün namizədlər üçün eyni səviyyədə rəqabət meydanı təmin edilməyib” – bəyanatda vurğulanır.

Avropa İttifaqının bəyanatında bildirilir ki, təşkilat bütün vətəndaşların xeyri naminə, yeni seçilmiş parlament də daxil olmaqla Azərbaycanın təsisatları ilə əməkdaşlığı davam etdirmək niyyətindədir.

Azərbaycana hakimiyyətin nəzarəti altında olan müşahidəçiləri göndərmiş Avropa ŞurasıParlament Assambleyası seçkiləri pozuntuları qeyd etməklə bərabər bu seçkiləri "demokratiyaya doğru addım" kimi qiymətləndirib. Lakin müşahidə missiyasının 3 üzvü yaydığı bəyanatında bu seçkini "azad, ədalətli və demokratik seçkiyə doğru bir addım hesab edə bilməyəcəklərindən” məyusluq ifadə ediblər.

Noyabrın 2-də yayılan bəyanatda deyilir: "Bu seçkilərdə qeydə alınmış texniki nailiyyətlərə baxmayaraq, ölkədə siyasi azadlıqlar, ifadə və media azadlığı, habelə toplaşma və birləşmə azadlığının vəziyyəti azad və demokratik seçki keçirmək üçün vacib olan ilkin şərtləri təmin etmir.”

Siyasi müşahidəçilər Avropa İttifaqının bəyanatındakı bir məqamı maraqla qarşılayıblar. Avropa İttifaqı seçkinin anti-demokratik olduğunu vurğulamaqla yanaşı, Azərbaycan parlamenti ilə də əməkdaşlıq edəcəklərini bildirib. Qeyd edək ki, AXCP və Milli Şuranın təmsilçiləri Avropanın Azərbaycan parlamentini tanımayacağını vurğulayır, öz qərarlarını da bu arqumentlə əsaslandlrdılar. Lakin Müsavat başqanı İsa Qəmbər xüsusilə legitimlik məsələsində beynəlxalq strukturların mövqeyində ziddiyətlərin olacağını qabaqcadan proqnozlaşdırmışdı.(bastainfo.com)


Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300