Rusiyanın baş naziri koronavirusa
yoluxdu
Rusiya Federasiyasının baş naziri Mixail Mişustin koronavirusa yoluxduğunu açıqlayıb.
"Report" TASS-a istinadən xəbər verir ki, o, bu barədə Rusiya prezidenti Vladimir Putini məlumatlandırıb.
Bildirilib ki, hazırda Rusiya baş nazirinin səlahiyyətlərinin icrası müvəqqəti olaraq A.Belousova tapşırılıb.