Ermənistanda aparılan genetik araşdırma nəticəsində ermənilərin yarısının türk əsilli olduğu ortaya çıxıb.


Publika.az xəbər verir ki, genetika mütəxəssisi Osman Çataloluk Ermənistanda 2000-ci ildən başlayaraq aparılan genetik araşdırmalar nəticəsində ermənilərin 49 faizinin türk-qıpçaq əsilli olduğunu deyib. Onun sözlərinə görə, nəticələrdən narahat olan Ermənistan hökuməti araşdırmanın qarşısını alıb.


"Bu, əvvəldən bəlli olan bir həqiqətdir. Xüsusilə haylar əsl erməni və qıpçaqlardan gəlmələrdir. Genetik araşdırmalarda Gaziantepdən başlayaraq Sivas, Amasiya, Tokat yolu ilə Samsuna gedən, buradan da Qaradəniz boyunca Gürcüstan və Ermənistana uzanan yüzlərlə R1b – M269 mutasiyasına rast gəlinib. Bu mutasiyanın formalaşdığı tarix eramızdan əvvəl 4700-ci illərdir. Bu tarix Subar – Şumer müharibəsinə təsadüf edir. Şumerlərdən qaçan subar prototürklər Anadoludan keçərək burada parçalanır. Bir qismi də Qaradəniz sahillərində yerləşir. Kut/Qut, Hitit, İskitlər və onlardan törəyən qıpçaqların ataları bu prototürk qrupudur. Bu həqiqət indi ortaya çıxır”, - deyə o bildirib.


Mütəxəssis qeyd edib ki, bugünkü Ermənistan torpaqlarında tarix boyunca müxtəlif qəbilələr yaşayıb: "Armenia" sözü min illərdir coğrafi yer adıdır. Yəni Ermənistan adı etnik köklə bağlı deyil. Yalnız coğrafi bir termindir”.


Uluyol.info

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300