Səhv etdik, ikinci dalğa ola bilər – Həkimdən şok

Karantin rejiminin yumşaldılması ilə əlaqədar aprelin 27-dən bəzi iş yerləri, o cümlədən geyim mağazaları yenidən fəaliyyətə başlasa da, bərbərxana və gözəllik salonları bu qərara daxil edilməyib. Bu isə cəmiyyətdə suallar doğurub: məgər geyim mağazalarında sıxlıq bərbərxanalardan daha azdırmı?

Məsələ ilə bağlı Axar.az-a açıqlama verən professorAdil Qeybullabildirib ki, karantin tədbirləri yumşaldılıbsa, insanların davranış şərtləri orada göstərilməli idi.

"Birinci növbədə insanların maskada gəzməsi, sosial izolyasiya məsafəsini gözləməsi şərtdir və ciddi nəzarət həyata keçirilməlidir. Çünki bu gedişlə ikinci dalğa ola bilər”. – o deyib.

Həkim də geyim mağazalarının açılması, amma bərbərxanaların bağlı qalmasının düzgün olmadığı qənaətindədir:

"İnsanlar paltar mağazalarına daxil olub, eyni mallara baxırlar. Belə olanda yanlarında xəstə birinin dayanmasının fərqində olmurlar. Lakin bərbərxanalarda heç olmasa stullar aralı qoyularaq sosial izolyasiya tədbirləri görülə bilər. Bu baxımdan niyə görə geyim mağazalarına icazənin verilməsi, ancaq bərbərxanaların fəaliyyətinin bərpa edilməməsi mənə də aydın deyil. Hesab edirəm ki, bu qərara yenidən baxılmalıdır”.

A.Qeybulla bildirib ki, önləyici tədbirlərə ehtiyac var:

"Müşahidə edirəm ki, insanlar karantinin yumşaldılmasından istifadə edərək maskasız gəzirlər. Bu səbəbdən təklif edirəm ki, insanlara bu məsələ ciddi surətdə başa salınsın və nəzarət gücləndirilsin. Yəni maskada gəzmək şərti qoyulmalıdır. Məsələn, Almaniyada da karantin yumşaldılıb, lakin maskada gəzmək qəti şərt olaraq saxlanılıb”.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300