Yas və toy mərasimlərinə nə zaman icazə veriləcək? –Açıqlama


 

Xəbər verdiyimiz kimi, bu gündən başlayaraq bəzi iş və xidmət sahələrinin fəaliyyətinə icazə verilib. Karantin rejimin növbəti yumşaldılmasında toy və yas mərasimlərinə icazə veriləcək?

Bununla bağlı danışan deputat Kamilə Əliyeva bildirib ki, Nazirlər Kabineti yanında Operativ Qərargah bu gündən yumşalma rejiminə keçib:

"Toy və yas mərasimlərinə yenidən icazə verilməsinə hələki çox tezdir. Çünki, toy və yas mərasimlərində insanlar kütləvi olaraq bir yerə yığışırlar. Mayın 4-nə kimi karantin rejim qüvvədədir. Hələ mayın 4-dən sonra vəziyyətə baxılacaq. Cənab prezident qeyd etdi ki, mayın 4-dən sonra yoluxanların sayı çoxalarsa, karantin rejim yenidən sərtləşdirilə bilər. Hələ yas və toy mərasimlərin keçirilməsinə icazə vermək çox tezdir. Mayın 4-də karantin rejim götürülsə də, insanlarımızı və özümüzü risk altına atmamalıyıq. Dünyada xəstəlik davam edir. Koronaviriusla bağlı bizi nə gözlədiyi bilinmir. Kütləvi şəkildə insanların bir yerə yığışması qəti qadağan olunmalıdır”.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300