Şərqşünaslıq İnstitutunun fəaliyyəti onlayn iclasda müzakirə edilib

 

AMEA akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun əməkdaşları xüsusi karantin dövründə səmərəli fəaliyyətlərini evdən davam etdirirlər.

Day.Az-ın məlumatına görə, görülən işləri müzakirə etmək və qarşıda duran vəzifələri müəyyənləşdirmək məqsədilə aprelin 17-də institutun direktoru akademik Gövhər Baxşəliyevanın rəhbərliyi ilə institut əməkdaşlarının onlayn iclası keçirilib. İclasda institutun şöbə müdirləri, eləcə də elmi işçilər iştirak ediblər. İclasda koronavirus pandemiyası ilə mübarizə məqsədilə sosial izolyasiya dövründə əməkdaşların iş potensialı və görülən işlər müzakirə olunub. Qeyd olunub ki, AMEA prezidenti akademik Ramiz Mehdiyevin tapşırığı və sərəncamı ilə Şərqşünaslıq İnstitutu da öz iş rejimini mövcud şəraitə uyğun davam etdirir. Əməkdaşlar nəzərdə tutulan plan işləri üzrə tədqiqatlarını davam etdirirlər, araşdırmalarının nəticələrini nüfuzlu elmi jurnallara, müxtəlif elmi məcmuələrə təqdim edirlər. Bu jurnallar sırasında institutun elmi nəşrləri olan "Şərq araşdırmaları" elmi-nəzəri jurnalı və "Şərq filologiyası məsələləri" məqalələr toplusu da mövcuddur. İclasda "Şərq araşdırmaları" jurnalına qəbul edilən məqalələr barədə məlumat verilib. Çapa tövsiyyə olunan bu məqalələr sırasında institut əməkdaşlarından fəl.ü.e.d. Roida Rzayevanın "Postmodern diskursunda qloballaşma və hibridlik", f.ü.f.d. Rəşid Təhməzoğlunun "Hüseyn Nihat Atsızın "Bozqurdlar" romanında qədim türklər", f.ü.f.d. Məmmədəli Babaşlının "İslam dinində həmrəylik anlayışı və müasir dövrün çağırışları baxımından əhəmiyyəti" və s. məqalələr mövcuddur.

İclasda institutun İran filologiyası şöbəsinin əməkdaşı f.ü.f.d. Aybəniz Həsənovanın yeni nəşr olunmuş "Cənubi Azərbaycanın türk (Azərbaycan) oykonimləri" kitabı təqdim olunub.

İclasda akademik Gövhər Baxşəliyeva sentyabr ayında Şərqşünaslıq İnstitutunun təşkilatçılığı ilə keçiriləcək Şərq xalqlarının I Bakı Qurultayının 100 illiyinə hərs olunan "Şərqin aktual problemləri 100 il öncə və bu gün" adlı Respublika elmi konfransı ilə əlaqədar nəzərdə tutulan işlərlə bağlı müvafiq tapşırıqlar verib. Akademik qeyd edib ki, 10 il əvvəl, 2010-cu il 23-24 noyabr tarixlərində AMEA akad. Z.Bünyadov adına Şərqşünaslıq İnstitutu Beynəlxalq Sosial Tarix İnstitutu (Niderland) ilə birlikdə qurultayın 90 illiyinə həsr olunmuş "Şərq xalqlarının Bakı qurultayı - 1920: tarix və reallıqlar" adlı beynəlxalq konfrans keçirmişdir. Bu qurultay bir çox cəhətlərdən - istər 1920-ci illərdə Şərq xalqlarının problemlərinin dəyərləndirilməsi baxımından, istərsə də Şərq xalqlarının bugünkü mürəkkəb durumu və Yaxın Şərqdə baş verən hadisələrin aktuallığı nəzərə alınmaqla əhəmiyyətlidir. Bu səbəbdən Şərq xalqlarının I qurultayının 100 illiyinə həsr olunmuş Respublika elmi konfransının keçirilməsi məqsədəuyğun hesab olunur.

İclasda iştirak edən institut əməkdaşları pandemiyanın yayılmasının qarşısının alınması məqsədilə dövlətimiz tərəfindən həyata keçirilən tədbirləri dəstəklədiklərini bildiriblər və institutun fəaliyyətinin koordinasiyası məqsədilə onlayn iclasların mütəmadi keçirilməsinin əhəmiyyətini qeyd ediblər.

AMEA akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun əməkdaşları xüsusi karantin dövründə səmərəli fəaliyyətlərini evdən davam etdirirlər.

Uluyol.az-ın məlumatına görə, görülən işləri müzakirə etmək və qarşıda duran vəzifələri müəyyənləşdirmək məqsədilə aprelin 17-də institutun direktoru akademik Gövhər Baxşəliyevanın rəhbərliyi ilə institut əməkdaşlarının onlayn iclası keçirilib. İclasda institutun şöbə müdirləri, eləcə də elmi işçilər iştirak ediblər. İclasda koronavirus pandemiyası ilə mübarizə məqsədilə sosial izolyasiya dövründə əməkdaşların iş potensialı və görülən işlər müzakirə olunub. Qeyd olunub ki, AMEA prezidenti akademik Ramiz Mehdiyevin tapşırığı və sərəncamı ilə Şərqşünaslıq İnstitutu da öz iş rejimini mövcud şəraitə uyğun davam etdirir. Əməkdaşlar nəzərdə tutulan plan işləri üzrə tədqiqatlarını davam etdirirlər, araşdırmalarının nəticələrini nüfuzlu elmi jurnallara, müxtəlif elmi məcmuələrə təqdim edirlər. Bu jurnallar sırasında institutun elmi nəşrləri olan "Şərq araşdırmaları" elmi-nəzəri jurnalı və "Şərq filologiyası məsələləri" məqalələr toplusu da mövcuddur. İclasda "Şərq araşdırmaları" jurnalına qəbul edilən məqalələr barədə məlumat verilib. Çapa tövsiyyə olunan bu məqalələr sırasında institut əməkdaşlarından fəl.ü.e.d. Roida Rzayevanın "Postmodern diskursunda qloballaşma və hibridlik", f.ü.f.d. Rəşid Təhməzoğlunun "Hüseyn Nihat Atsızın "Bozqurdlar" romanında qədim türklər", f.ü.f.d. Məmmədəli Babaşlının "İslam dinində həmrəylik anlayışı və müasir dövrün çağırışları baxımından əhəmiyyəti" və s. məqalələr mövcuddur.

İclasda institutun İran filologiyası şöbəsinin əməkdaşı f.ü.f.d. Aybəniz Həsənovanın yeni nəşr olunmuş "Cənubi Azərbaycanın türk (Azərbaycan) oykonimləri" kitabı təqdim olunub.

İclasda akademik Gövhər Baxşəliyeva sentyabr ayında Şərqşünaslıq İnstitutunun təşkilatçılığı ilə keçiriləcək Şərq xalqlarının I Bakı Qurultayının 100 illiyinə hərs olunan "Şərqin aktual problemləri 100 il öncə və bu gün" adlı Respublika elmi konfransı ilə əlaqədar nəzərdə tutulan işlərlə bağlı müvafiq tapşırıqlar verib. Akademik qeyd edib ki, 10 il əvvəl, 2010-cu il 23-24 noyabr tarixlərində AMEA akad. Z.Bünyadov adına Şərqşünaslıq İnstitutu Beynəlxalq Sosial Tarix İnstitutu (Niderland) ilə birlikdə qurultayın 90 illiyinə həsr olunmuş "Şərq xalqlarının Bakı qurultayı - 1920: tarix və reallıqlar" adlı beynəlxalq konfrans keçirmişdir. Bu qurultay bir çox cəhətlərdən - istər 1920-ci illərdə Şərq xalqlarının problemlərinin dəyərləndirilməsi baxımından, istərsə də Şərq xalqlarının bugünkü mürəkkəb durumu və Yaxın Şərqdə baş verən hadisələrin aktuallığı nəzərə alınmaqla əhəmiyyətlidir. Bu səbəbdən Şərq xalqlarının I qurultayının 100 illiyinə həsr olunmuş Respublika elmi konfransının keçirilməsi məqsədəuyğun hesab olunur.

İclasda iştirak edən institut əməkdaşları pandemiyanın yayılmasının qarşısının alınması məqsədilə dövlətimiz tərəfindən həyata keçirilən tədbirləri dəstəklədiklərini bildiriblər və institutun fəaliyyətinin koordinasiyası məqsədilə onlayn iclasların mütəmadi keçirilməsinin əhəmiyyətini qeyd ediblər. 

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300