Koronavirusdan qorunmağın daha bir üsulu tapıldı

 

Möhkəm və sağlam yuxu nəinki əhval-ruhiyyəni yaxşılaşdırır və enerji verir, həm də immun sistemini gücləndirir, infeksiyalara qarşı mübarizədə kömək edir.

Bunu endokrinoloq, Rusiya Somnoloqlar Cəmiyyətinin (Somnologiya – yuxu haqqında elmdir) üzvü Mariya Fadeyeva müsahibəsində deyib.

"Şübhəsiz ki, xəstələnəndə instinktiv olaraq daha çox yatmaq istəyirik. İzahı çox sadədir: yuxu zamanı immuniteti qoruyan amillər ifraz olunur. Onların sayəsində immun sistemi viral və ya bakterial hücumu dəf etmək üçün səfərbər olunur. Möhkəm yuxu immun sisteminin fəaliyyətini artırır və infeksiya halında yaxşılaşma daha sürətli olur”, – deyə həkim qeyd edib.

Somnoloq əlavə edib ki, yuxu keyfiyyətinin pisləşməsi əksinə, immunitet sistemini zəiflədir və bədənin infeksiyaya həssaslığını artırır. Fadeyevanın sözlərinə görə, özünütəcrid dövrü yuxu cədvəlini qurmaq və bunu vərdiş halına gətirmək üçün əla fürsətdir.//publika.az

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300