Bir neçə nəsildən sonra ruslar deqradasiyaya uğrayıb, öz minerallarını belə sərbəst tapa bilməyəcəklər. İnsanlar öləcək, diktatorlar və onların qulları isə bizdən bahalı zinət əşyaları alıb, başqa qonşu ölkələrə satmaqla yaşaya biləcəklər.

 

Axar.az tarixi qaynaqlara istinadən xəbər verir ki, bu sözləri  Böyük Britaniyanın keçmiş Baş naziri Uinston Çörçill deyib.

 

Böyük ingilis siyasətçisi 65 il əvvəl ruslarla bağlı çox ilginc fikirlər səsləndirib.

 

Çörçill rusların kəndliləri aclıq içində qoyduğunu, elektrik stansiyası tikmək üçün zəngin torpaqları su ilə basdırdığını yazıb:

 

"Onlar nüvə sənayesinin tullantıları ilə səmərəli sahələri çirkləndirdilər. Ruslarda kiçik əhali sıxlığı var, ancaq həmin sahələri qəsdən o qədər çirkləndirdilər ki, məcbur qalıb taxılı almalı olurdular. Mən elə bilirdim ki, qocalıqdan öləcəm. Əvvəllər Avropanı çörəklə təmin edən Rusiya sonradan bizdən taxıl almağa başlayanda anladım ki, gülməkdən öləcəm. Stalin böyük kənd təsərrüfatı ölkələrini ələ keçirdi və onları xammal mənbəyinə və nüvə zibilliyinə çevirdi. Lenin isə onları bu bataqlığa necə salmışdısa, yalnız o da çıxara bilərdi. Ancaq ruslar rahatlıqla Lenini göndərdilər. Bir neçə nəsildən sonra onlar deqradasiyaya uğrayıb, öz minerallarını belə sərbəst tapa bilməyəcəklər. İnsanlar öləcəklər, diktatorlar və onların qulları isə bizdən bahalı zinət əşyaları alıb, başqa qonşu ölkələrə satamaqla yaşayacaqlar. Bu Rusiya liderləri üçün ən əlverişli biznesdir”.

 

Keçmiş baş nazir rusların kibernetika və genetikanı məhv etdiyini də bildirib:

 

"Əgər biz  hərbi aqressiyanın qarşısını ala bilsək, onda Böyük Britaniya və digər Qərb ölkələri bacardıqca uzun müddət Rusiyanı SSRİ kimi öz maraq dairələrində saxlamağa çalışacaqlar: bu sərfəli xammal bazası və mənəvi köhnəlmiş məhsullar bazarıdır. Ruslar kibernetika və genetikanı məhv edirdilər. Bu bizim üçün bir halda yaxşıdır ki, onlara toxum və elektron əşyaları biz satacağıq. Bundan əlavə nominal haqq ödədikdə isə bu tullantıları da Rusiyaya axıtmaq mümkün olacaq. Sovet genişləndirilməsinin qarşısını almaq yetər, onlar özləri özlərini məhv edirlər, heç bir aktiv əməliyyatımız olmadan...”.

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300