Əli bəy Hüseynzadənin qızı İstanbulda dəfn edildi

 

Azərbaycan ədəbi-ictimai fikrinin parlaq nümayəndəsi, görkəmli türkoloq, tanınmış mütəfəkkir və yazıçı-publisist Əli bəy Hüseynzadənin qızı Feyzavər Alpsar Turan vəsiyyətinə uyğun olaraq İstanbulun Zəncirlikuyu qəbiristanlığında, həyat yoldaşının yanında dəfn edilib.

Uluyol.az Azərtac-a istinadən xəbər verir ki, koronavirus pandemiyası ilə əlaqədar olaraq Türkiyədə tətbiq olunan dördgünlük karantin səbəbindən dəfn mərasimi keçirilməyib.

Feyzavər Alpsar Turanın dəfnində Azərbaycanın İstanbuldakı Baş konsulu Məsim Hacıyev iştirak edib.

Xatırladaq ki, ötən ilin dekabrında 100 yaşı tamam olan Feyzavər Alpsar Azərbaycan Prezidenti İlham Əliyevin 2018-ci il 17 mart tarixli Sərəncamına əsasən "Dostluq” ordeni, ölkə başçısının digər Sərəncamı ilə "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)” yubiley medalı ilə təltif olunub.

 
 
Uluyol.az 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300