Ramazanın 2-ci gününün duası,imsak və iftar vaxtı
Sabah Ramazan ayının ikinci günüdür.
Uluyol.az-ın məlumatına görə, Qafqaz Müsəlmanları İdarəsinin
açıqladığı Ramazan təqviminə əsasən, aprelin 26-da Bakıda imsak saat 04:08,
iftar isə saat 19:45-dədir.
Ramazan ayının 2-ci gününün duası:
"Allahummə qərribni fihi ila mərzatik. Və cənnibni fihi min səxətikə və nəqimatik.
Və vəffiqni fihi liqiraəti ayatik. Birəhmətikə ya ərhəmər-rahimin".
Tərcüməsi:
"İlahi, məni bu ayda Öz rizana yaxınlaşdır, qəzəbindən və cəzalarından
uzaq et. Ey Rəhmlilərin Rəhmlisi, məni bu ayda Öz ayələrini oxumağa müvəffəq
et".
Allah orucunuzu qəbul etsin!