Aleksandr Lukaeşnko bu gün 2,5 milyon belarusu iməciliyə çıxardı

 

Belarusda Ümumdünya Səhiyyə Təşkilatının xəbərdarlıq və tövsiyyələrinə rəğmən ümumrespublika səviyyəsində kütləvi tədbir-iməcilik keçirilib.

Musavat.com xəbər verir ki, bu barədə dövlətə məxsus "BelTA” agentliyi məlumat yayıb.

Belarus baş nazirinin müavini Vladimir Kuxaryovun verdiyi informasiyaya əsasən, tədbirdə 2,3 mliyon adam iştirak edib.

İməciliyə prezident Aleksandr Lukeşnko dövlət orqanlarının əməkdaşları, yerli hakimiyyət strukturlarının nümayəndələri və sadə vətəndaşların müşayiəti ilə gəlib. İştirakçılar əsasən tarixi mədəniyyət abidələrinin, yaşayış məntəqələrinin, uşaq-sağlamlıq və idman-sağlamlıq mərkəzlərinin təmizlənməsi ilə məşğul olublar.

A.Lukaşenko özü "Pripyatski” milli parkında ağacların calaq edilməsi işi ilə məşğul olub. Prezident briqadası yarım hektar ərazidə 8 min küknar ağacı əkib. Jurnalistlərlə söhbətində Belarus lideri iməcilyin Belarusda çoxdan bir ənənəyə çevrildiyini və bundan heç bir halda vaz keçməyəcəklərini söyləyib.

"Biz bu addımla təbiətə etdiklərimizə görə qəzəblənən və bu səbəbdən başımıza vuran (koronavirus pandemiyası nəzərdə tutulur) Tanrıdan mərhəmət diləyirik”,- deyə A.Lukaşenko qəribə izah verib.

İməcilik gedişatında vətəndalardan toplanacaq pul vəsaiti səhiyyəyə deyil, yaşayış yerlərinin iqtisadiyyatına, habelə Milli ədəbi muzeyin tikinti işlərinə və Svetloqorsk rayonunda yandırılan Ola kəndinin yerindəki tikinti kompleksinə yönəldiləcək.

İməcilikdən qabaq Belarus müstəqil həmkarlar konqresinin rəhbəri Aleksandr Yaroşşuk Ümumdünya əmək təşkilatının baş direktoru Qay Reyderə məktub göndərərək hökumətin öz vətəndaşlarının həyatını heçə sayaraq və yalnız öz ambisiyalarını güdərək pandemiya günlərində vətəndaşları kütləvi şəkildə əməyə cəlb etməsinin yolverilməz olduğunu yazıb. Yaroşşukun fikrincə, hakimiyyət bununla bütün ölkədə əsl bioloji bomba partladıb.

 

Uluyol.az

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300