Əlcəklər koronavirusdan qoruyurmu?

 

Pandemiya dövründə apteklərdən kütləvi şəkildə sadəcə maska və respiratorları deyil, həm də təkistifadəlik əlcəklər alınır. Ancaq mütəxəssislər əlcəklərin yararlı olmasından heç də əmin deyillər.

 

"Report” xəbər verir ki, bunu "Deutsche Welle” yazıb.

 

Məqalədə əlcək taxmağın koronavirusdan qorunmaqda nə dərəcədə faydalı olduğu araşdırılıb.

 

Məlumata görə, əlcəklərdən istifadə yalnız qısa müddət üçün effektivdir. Bildirilir ki, həkimlər və tibbi personalın əlcək taxmağı vacib olsa da, bu, qan və digər bioloji maye kimi gözəgörünən çirkdən qoruyur. Bu əlcəklər yalnız qısa müddət ərzində əlləri bakteriya və virusdan qoruya bilər.

 

İş burasındadır ki, əlcəklər məsaməli materialdan hazırlanıb. Onlardan nə qədər çox istifadə edilsə, patogen mikroorqanizmlərin də əlcəyin içinə daxil olma ehtimalı bir o qədər artır. Bu səbəbdən həkimlər əlcəyi çıxardıqdan sonra əllərini diqqətlə yuyur və dezinfeksiya edirlər.

 

Bundan başqa, bu qoruyucu vasitə həm də aldadıcı sterillik hissi yaradır. Bir çox insan əlcək taxdıqdan sonra nə qədər də üzə toxunmamağa çalışsalar da, istər-istəməz bunu tez-tez edirlər. Həkimlər əlcək taxmağın virusa yoluxma artıra biləcəyinə dair xəbərdarlıq edirlər. Belə ki, təkistifadəlik əlcəkdə dəri daha tez tərləməyə başlayır. Bu isə bakteriya və virusların bütün növləri üçün ideal mühitdir.

 

"Qısa müddət ərzində təkistifadəlik əlcəyin səthində az öncə yuyulmuş əldən daha çox bakteriya yığılır”, - pulmonoloq Yens Metyu bildirib.

 

Məqalədə deyilir ki, koronavirusdan qorunmağın ən effektiv yolu ənənəvi profilaktik tədbirlərə riayət etməkdir. Bu, ilk növbədə, əllərin diqqətlə yuyulması və ictimai yerlərdən qaçınmaqdır.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300