Qəhvənin insan sağlamlığına təsiri

Sən demə qəhvə insanı cavanlaşdırır.

Uluyol.az xəbər verir ki, araşdırma zamanı, qəhvənin tərkibindəki yüksək miqdarda olan antioksidantların orqanizmdəki yaşlanma prosesini zəiflətdiyi bəlli olub.

Alimlərin fikrincə, içki bədəndə oksidləşdirici prosesə səbəb olan sərbəst radikalları zərərsizləşdirir. Hansı ki, bu sərbəst radikallar ilk növbədə xroniki xəstəliklərin və yaşlanmanın inkişafına səbəb olur.

Alimlər qəhvə dənəsində təxminən min antioksidantın olduğunu və qovrulması zamanı isə yüzlərlə yenisinin yaranmasını təyin ediblər. Antioksidantlar artrit, ateroskleroz və bədxassəli şişlər də daxil olmaqla müxtəlif xroniki xəstəliklərin əsas səbəbi olan iltihaba qarşı mübarizə aparır.

Alimlərin fikrincə, ciddi xəstəliklərin inkişafının qarşısını almaq üçün gündəlik 3-4 fincan qəhvə içməniz yetərlidir.

Ayrıca qəhvə xərçəng, ürək-damar, qaraciyər və diabet xəstəliklərinin yaranma riskinin azalmasınada kömək edir. Eyni zamanda, qəhvəyə əlavə etdiklərinizə də diqqət etməlisiniz:

Mütləq şəkər, krem ​​və ya südün miqdarına ciddi nəzarət edilməlidir.(ölkə.az)

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300