Azərbaycanda noyabrın 1-də keçirilmiş parlament seçkilərini monitor etmiş Avropa Şurası Parlament Assambleyasının deputatları "Azərbaycanda keçirilmiş seçkiləri azad, ədalətli və demokratik seçkilərə doğru atılmış bir addım saya bilmərik"

"Bu seçkilərdə texniki və logistik nailiyyətləri qeyd etsək də, ölkədəki siyasi azadlıqlar, ifadə və media azadlığı, toplaşma və təşkilatlanma azadlığı sahələrində vəziyyət azad və demokratik seçkilərin keçirilməsinə şərait yaratmır"

"Bu seçkilərə hazırlıq insan haqları sahəsində vəziyyətin pisləşməsi ilə keçib, halbuki insan haqları azad və ədalətli seçkilər üçün şərarit azad və demokratik seçkilər üçün önəmli ilkin şəraitdir",


Image copyrightfrankshwabe.de
Image captionFrank Shwabe-nin hazırladığı bəyanatı daha iki deputat imzalayıb.

                                                     Bəyanatda deyilir:

 Avropa Şurasının Almaniyadan olan deputatı Frank Schwabe-nin ofisinin yaydığı bu bəyanatı onunla yanaşı Almaniyanın digər millət vəkili Ute Finckh-Kraemerv və İrlandiyadan Michael McNamara imzalayıblar.

Cənab Schwabe-nin ofisindən BBC Azərbaycancaya bildiriblər ki, AŞPA-nın birgə bəyanatını hazırlamaq "çox çətin" olduğundan və belə bir bəyanatın təcili verilməsinin əhəmiyyətini anlayaraq, Frank Schwabe seçkilərin obyektiv qiymətləndirməsini vermək üçün ayrıca bəyanat hazırlamağı qərara alıb.

"Jurnalistlərə və tənqidi fikirlər bildirən digərlərinə qarşı əsassız və ya selektiv cinayət təqibləri intensivləşib", bəyanatda bildirilir.

"Bu bəyanat AŞPA Seçki Müşahidəsi Missiyasının digər üzvlərinin imzalaması üçün açıqdır", bəyanatda deyilir.

Missiyanın bəyanatı

Bu arada isə AŞPA-nın Azərbaycanda seçkiləri izləyən missiyası bəyanat verərək bildirib ki, missiya Seçki Məcələssinin sistematik və ya əhəmiyyətli pozulması barədə "hallara rast gəlməyib".

"Ancaq bir neçə səsvermə məntəqəsində cüzi hallarda bir neçə bülletenin [qutuya] birdən atılması müşahidə olunub. Missiya bunun üçün kimin məsuliyyət daşıdığını müəyyən edə bilməsə də, bu hala təəssüflənir və Mərkəzi Seçki Komissiyasını bu qanunsuzluğu araşdırmağa çağırır", bəyanatda deyilir.

Missiya 28 üzvdən obarət olub və ona İspaniyadan olan deputat Jordi Xuclà rəhbərlik edib, AŞPA bildirir.

Həmçinin oxuyun: AŞPA Missiyası səsvermə prosesini "beynəlxalq standartlara uyğun" sayıb

Avropa Şurası Parlament Assambleyasının Azərbaycanda seçkiləri izləyən deputatları həmçinin "Azərbaycan xalqını seçkiqabağı kampaniya və seçki günü səsverməsinin əminamanlıq şəraitində keçməsilə bağlı təbrik edib".

Azərbaycanda hakim partiya dünən keçirilmiş parlament seçkilərində səs çoxluğu qazandığınə bəyan edib.

Yeni Azərbaycan Partiyasının icraçı katibi Əli Əhmədov parlament seçkilərinin "ədalətli və şəffaf" keçdiyini bildirib.

"Azərbaycanda seçki şəraitinin normal keçməsi Azərbaycanın seçki sahəsində əldə etdiyi uğurlardan xəbər verir", o bəyan edib.

Seçki öncəsi vəziyyət

Schwabe, Finckh-Kraemerv və McNamara-nın imzaladığı bəyanatda daha sonra deyilir ki, icazəsiz ictimai yığıncaqların iştirakçıları və təşkilatçılarının administrativ qaydada saxlanması halları artıb, nümayişlərin dağıdılması üçün aşırı güvvədən istifadə olunması hallarının nəzərə çarpacaq dərəcədə artması, toplaşmaq azadlğına qarşı tətbiq edilən məhdudiyyətlər barədə mütəmadi xəbərlər olub.

İnsan haqları sahəsində işləyən və, xüsusilə, höküməti açıq tənqid edən QHT-lərin Azərbaycanda üzləşdikləri çətinliklərin sayı artıb, onlar qeyd ediblər.

Avropa Şurasının Venesiya Komissiyasının QHT-lər barədə qanunla bağlı bildirdiyi narhatlığı nəzərə alınmayıb, daha sonra bəyanatda deyilir.

"Müstəqil vətəndaş cəmiyyəti təşkilatlarının Leyla Yunus, Arif Yunusov, Intiqam Əliyev və Rəsul Cəfərov kimi bir neçə nümayəndəsi hazırda həbsxanadadırlar".

"Azərbaycanda uzun müddətdir yerli və beynəlxalq müşahidəçiləri narahat edən media azadlığı da daxil ifadə azadlığı ilə bağlı vəziyyət daha da pisləşib, jurnalistlərin və tənqidi fikir bildirənlərin əsassız və selektiv cinayət təqibi halları artıb", bəyanat müəllifləri bildirib.

"Ötən parlament seçkilərindən bəri RFE/RL radiosunun (Azadlıq radiosu) Bakı ofisi də daxil bir sıra media vasitələri bağlanıb, müstəqil Azadlıq qəzeti defamasiya ittihamı ilə bağlı məhkəmə işlərinə görə iri məbləğdə cərimələrlə üzləşib".

Bəyanat müəlliflərinin fikrincə, Avropa Şurasının Parlament Assambleyasının Venesiya Komissiyasının seçki məcəlləsilə bağlı, xüsusilə, seçki komissiyalarının tərkibi və namizədlərin qeydə alınması kimi məsələlər də nəzərə alınmayıb.

ATƏT-in İnsan Haqları və Demokratik İnstitutlar Bürosuna (OSCE/ODIHR) seçki müşahiddəsi metodologiyasını həyata keçirmək üçün kifayət sayda uzun müddətli müşahidəşilərinin yerləşdirməsinə imkan verilməməsi "təəssüflə qeyd olunur".

"Biz Azərbaycana onun hökümətinə və ya Azərbaycan xalqına dərs verməyə gəlməmişik".

"Parlament Assambleyası Bürosundakı çoxluğun seçkiləri müşahidə beynəlxalq missiyasının seçki gününü müşahidə etmək məqsədilə Azərbaycana göndərilməsi şərtlərinə səs verməsi missiyanın seçki günündə orada olmasının aydın qeyri-demokratik seçki prosesinə legitimlik verilməsi kimi yozula biləcəyini nəzərə alaraq, Parlament Assambleyasının dəstəklədiyi Beynəlxalq Seçkilərin Müşahidəsi Prinsipləri Deklarasiyana uyğun, bizim iştirakımızın belə legitimlik anlamına gəlmədiyini bildirmək üçün bu bəyanatı verməkdən başqa yolumuz qalmayıb", bəyanat müəllifləri sonda vurğulayıb.(bbc.com)

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300