Bu gün katoliklər Pasxa bayramını qeyd edir

 

Bu gün bütün dünyada katoliklər Pasxa bayramını qeyd edir.

Qeyd edək ki, hazırda dünyada koronavirus bəlası yaşandığından demək olar ki, əksər ölkələrdə kilsələr bağlanıb. Buna görə də xristianlar bu bayramı evdə qeyd edəcəklər.

Məsələn, katolik ölkə olan İtaliyada da koronavirus Pasxa şənliklərinə əngəl törədib. Din xadimləri və ibadət edən insanlar bu şənliklərdə iştirak etməyin yeni yollarını tapıblar.

Böyük Britaniya kraliçası II Elizabet isə Pasxa bayramı ilə bağlı xalqa müraciət edib. Kraliça səsli müraciətini kral ailəsinin rəsmi "Twitter" hesabından paylaşıb.

Müraciətdə bildirilir: "İnsanlar özlərini təcrid etdiyindən bu il Pasxa bayramı çoxları üçün fərqli olacaq. Lakin Pasxa bayramının keçirilməsi ləğv edilməyib. Əksinə, hazırda bu bayrama heç vaxt olmadığı qədər çox ehtiyacımız var. Koronavirus bizə qalib gələ bilməyəcək”.

Qeyd edək ki, Pasxa xristian dinində ən vacib bayram hesab olunur. Bu bayramın keçirilmə tarixi Nikey kilsəsi tərəfindən 325-ci ildə müəyyənləşib. Ənənəyə görə, bayram yazın girməsi və ayın bədirlənməsindən sonrakı ilk bazar günü qeyd olunur.

Bu ilki katolik Pasxası aprelin 12-nə təsadüf edib. Pravoslav xristianlar isə bu bayramı bir həftə sonra qeyd edəcək.

Xatırladaq ki, 1977-ci ildə Roma Papası 6-cı Pavel bu bayramı eyni gündə, aprelin 2-ci bazar günündə qeyd etmək üçün pravoslavlarla razılığa gəlməyə cəhd etsə də, razılıq əldə olunmamışdı.

Xalidə Gəray, musavat.com

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300