Xoş əxlaqın və bəd əxlaqın gətirdiyi nəticələr – İmam Cəfər Sadiqin (ə) nəzərində

 

Məsum İmamlarımız (ə) ömürləri boyu öz davamçılarını gözəl əxlaqa dəvət edib, pis əxlaqdan çəkindirmişdilər.

 

Bu İmamlardan (ə) biri də İmam Sadiqdir (ə).

 

İmamın (ə) nəzərində gözəl əxlaqın gətirdiyi nəticələr:

 

1. Ruzini artırar. İmam Sadiq (ə) buyurur: "Gözəl əxlaq ruzinin artmasına səbəb olar”.

 

2. Abadlıq və uzun ömür. İmam Sadiq (ə) buyurur: "Həqiqətən də gözəl əxlaq torpağın abadlığına və ömürlərin çoxalmasına səbəb olur”.

 

3. Günahları pak olar. İmam (ə) buyurur: "Gözəl əxlaq günahları əridər, necə ki, Günəş buzu suya çevirər”.

 

4. Dünyanın və axirətin zinəti olar. İmam (ə) buyurur: "Yaxşı əxlaq dünyada gözəlliyə, axirətdə isə genişliyə səbəb olar. Dində kamala çatmağın və Allaha yaxınlaşmağın mənbəyidir”.

 

5. Mücahid kimi savab əldə edər. İmam Sadiq (ə) buyurur: "Allah bəndənin yaxşı əxlaqına görə o savabı əta edər ki, hansını hər səhər və axşam Onun yolunda vuruşan mücahidə əta edər”. (Tebyan)

 

Pis əxlaqın nəticələri:

 

1. Əhli-Beytdən (ə) xaric olar. İmam Sadiq (ə) buyurur: "Bizdən deyildir o kəs ki, böyüklərimizə ehtiram göstərməz və kiçiklərimizə rəhm etməz”.

 

2. Əməli məhv olar. İmam (ə) buyurur: "Necə ki, sirkə balı məhv edər, pis əxlaq da əməli məhv edər”.

 

/Deyerler.org/

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300