florian

Florian İrminger: "Azərbaycanda 100-dən artıq siyasi məhbus var, Avropa İttifaqı onları müdafiə eləməlidir”

"Azərbaycanda insan haqları sahəsində baş verən pozuntular bütün dünyaya çatdırılmalıdır”

İsveçrəli hüquq müdafiəçisi, İnsan Haqları Evinin rəhbəri Florian İrminger Avropa İttifaqını Azərbaycan və bu kimi insan haqlarının pozulduğu ölkələrə münasibətdə qətiyyətli mövqe nümayiş etdirməməkdə ittiham edib. Onun bu mövzuda hazırladığı iri həcmli məqalə "opendemocracy.net”də yayımlanıb. "Susqunluq – Avropa Birliyinin öz hüdudlarından kənarda insan haqlarının pozulmasına münasibəti” başlıqlı məqalədə müəllif yazır ki, bu yaxınlarda Brüsseldə Avropa İttifaqına üzv dövlətlərin xarici işlər nazirlərinin toplantısında Avropa İttifaqının BMT-də iştirakı ilə bağlı strategiya qəbul olundu. Amma sənədi nəzərdən keçirərkən təəccüb yaranır ki, Avropa İttifaqının BMT çərçivəsində insan haqları ilə bağlı ciddi addımlar atmaq niyyəti görünmür.

Avropa İttifaqının diktatura ölkəsi sayılan Belarusa münasibətindən bəhs edən Florian İrminger yazır ki, bu ölkədə vəziyyət olduğu kimi qalır: "Burada istənilən adam istənilən vaxt qanunun aliliyilə yox, prezidentin göstərişi, tətbiq etdiyi qaydalarla həbs oluna və ya həbsdən buraxıla bilər. Avropa İttifaqı Şurası bununla əlaqədar hansı addımları atmalıdır? Bu sualın cavabı "Avropa İttifaqı bu ölkədə insan haqlarının vəziyyətini ciddi izləməkdə davam edəcək” tipli boş bəyanat olmamalıdır. Hətta Avropa İttifaqı Şurasının Belarusla bağlı gəldiyi nəticələr, o cümlədən sanksiyaların götürülməsi və eyni zamanda da, insan haqları sahəsindəki vəziyyətə görə narahatçılığın ifadə olunması o demək deyil ki, Avropa İttifaqı BMT çərçivəsində Belarusdakı vəziyyətin müzakirəsi zamanı qəti mövqe nümayiş etdirəcək. Halbuki, Avropa İttifaqı bu imkandan istifadə edib öz strategiyasını aydınlaşdıra bilərdi. Belarus yeganə Avropa ölkəsidir ki, Avropa Şurasının üzvü deyil və burada ölüm cəzası hələ də ləğv olunmayıb. Ona görə də Belarus BMT-nin nəzarəti altında olmalıdır.

Avropa İttifaqı Belarusa qarşı sanksiyaları aradan qaldırmağa hazırdır, amma bu şərtsiz olmamalıdır”.

İsveçrəli hüquq müdafiəçisi Avropa İttifaqının Azərbaycana qarşı münasibətini də təhlil edib:

"Belə görünür ki, Avropa İttifaqının Belarusa münasibətdə tətbiq etdiyi sükut strategiyası hüdudlarından kənarda digər ölkələrə də aiddir. Hüquq-müdafiə təşkilatlarının məlumatına görə, hazırda Azərbaycanda 100-dən artıq siyasi məhbus var. 2009-cu ildən bəri bu ölkədə hüquq-mühafizə aparatından vətəndaş cəmiyyətinə qarşı repressiyalar məqsədilə istifadə olunur. 2014-cü ildən bu yana Azərbaycanda vətəndaş cəmiyyətinin bir xeyli tanınmış simaları ya həbs olunub, ya da ölkəni tərk etmək məcburiyyətində qalıb.

Avropa İttifaqının maliyyə dəstəyilə layihələr həyata keçirən hüquq müdafiəçilərinin bir çoxu hazırda dəmir barmaqlıqlar arxasındadır. Avropa İttifaqı təkcə öz öhdəliyi olduğuna görə, həm də Azərbaycan hökumətinin vətəndaş cəmiyyətinə qarşı repressiyalarla Avropa institutlarını, qəbul olunmuş qanun və qərarları saymadığına görə onları BMT səviyyəsində müdafiə etməlidir.

Azərbaycanda insan haqları sahəsində vəziyyətin BMT çərçivəsində qaldırılması, bu ölkədə baş verənlərin beynəlxalq səviyyədə çatdırılması üçün Avropa İttifaqının strategiyası olmalıdır. Amma bunun əvəzinə Avropa İttifaqı susur. Harahatlıq doğuran məsələ odur ki, sanki Avropa İttifaqı elə susmaq strategiyası seçib”.

Məqalənin sonunda müəllif yazır ki, Avropa İttifaqının bütün ölkələrə bərabər yanaşma strategiyası olmalı, bu dövlətlərin rəhbərlərinin beynəlxalq öhdəliklərə uyğun davranmasını təmin etməyə çalışmalıdır. Avropa İttifaqının ümumbəşəri dəyərlərin təşviqi üçün aydın mövqeyi olmalıdır.(azadliq.info)

Uluyol.info


Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300