Azadlıq fədaisi-Bizim komandir

Hər bir azərbaycanlının yaddaşında böyük hərıflərlə yazılmış tarixin unudulmaz sətirləri... 90- lar..!

        Mən və həmyaşıdlarım üçün isə bu illər bəzən ən yaxın doğmamız olan,  bəzən isə ən yaxın doğmalarmızı əlimizdən alaraq düşmənimizə çevrilən Xəzər dənizi tək təlatümlü idi. Səbəb...!? Səbəb isə Müharibə...

Sevgi dolu uşaqlıq çağlarının müharibə adlı bir qorxu ilə keçməsindən daha dəhşətli nə ola bilərdı?

Mənim üçün isə bu məna və dəhşət iki qat idi...

        Dəhşətli anları atamın dənizdə olduğu günlərın və saatların keçdiyi zaman həyətimizdəki nar ağacının tərpənişini izləmək idi ki, o tərpənən zaman mavi sularda dənizçilər təhlükəli anlar yaşayardı. Bunu yəqin bilirdim və bilirdim ki, atam hər səfərindən dönərkən "Dənizdə güclü NAKATA düşmüşdük” deyərdisə o gün narağacının tərpəndiyi gün olardı. Amma narahatçılıqla bərabər bu gəminin üzvlərinin hər birinin evində arxayınçılıq yaradan bir fikir var idi ki, gəminin sukanı arxasında Komandır (Ələkbər Talıbov) özü dayanır...və ən əsası digər gəmilərdə olan dənizçı vərdişi (gəmidə spirtli içki ) bu gəmıdə Komandir tərəfindən yol verılməzdır.

        Yenə bir gün atamla o "Sehrli gəmi”yə gədəcəkdim... Gədəcəkdim ki, gəmini yənə qarış-qarış gəzim, qoxusunu alım. Atamın dostlarının səmimiyyətini, birliyini, gücünü görüm. Axı bu isti münasıbəti o illərdə hər yerdə görmək mümkün deyildi. İnsanlar solğun, ümidsiz görünürdürlər.

Amma bu gəmidə bunların hamısının üstündən elə bil xətt çəkilmişdir. Əksinə hər kəsdə böyük şövq vardı, sanki həyat eşqi saçardı bu gəmi. Düşünərdim ki,  bəlkədə bu gəmının adı ılə bağlıdır. Məncə AZADLIQ sözünün sehrinə çox insanlar qeyri-ixtiyarı düşürdü. Buradada "Pırçaldan” gəmıyə atılan hər kəs bır başqa dünyaya düşürmüş kimi gur səsli bir qəhramana çevrilər və o səslə kimisə soruşar, yada yüksək bır əhval ruhiyyə doğuran zarafat edərdı. Mən buna inanmağa çalışsamda bir o qədər ınanamazdım....və bu suallarla böyüyərdim....Və böyüyüb anladım kı, bunun sirri o gəmiyə bu adı vərən Komandirin ruhundan sıçrayıb qığılcım kimi gəminin hər tərəfınə saçan "Azadlığa inam eşqi" imiş...

      Həmən o illər idi ki bir gün bizim darvazamızdan bır neçə zabit daxıl oldu... Öndə gələn hündürboylu gülər üz olanı "Tubu xala evdədır..?” dəyə nənəmı soruşdu. "Bəli” deyıb nənəmı çağırdım, nənəm isə onları evimizə dəvət edıb dedi: "Məndə gözü yolda qalan analarınızdan biri keçin yuxarı...”

Qeyrı adı qonaqlar olduqları üçün diqqətlə qulaq asırdım. Və anladımkı, bu hərbiçilər nənəmın rayonumuzda adlı-sanlı aşbaz olduğunu eşidib gəliblər. Yenı qurulmuş Milli Ordumuzun qəsəbəmizdə yərləşən tank polkunda təlim keçib Qarabağa göndərilən əsgərlərimiz üçün yəməklər bişirsin.... Bu mənim üçün yeni bir macəra ola bilər dəyə nənəmin gözlərinə diqqətlə baxırdım. Amma nənəm "yox” dedi və izah etdi ki, "Bunu əslində şövqlə edərdim, lakın artıq yaşlanmışam, fiziki gücüm çatmaz”. Onlarda peşman olmuş kimi sağollaşıb getdilər. İki gün sonra isə yenə gəldilər…Amma bu dəfə o ucaboylu komandır arxada gəlirdı....öndə isə bizim öz komandirimiz Ələkbər əmi idi....gülər üzlə, böyük həvəslə.

Onun formalı zabitlərdən fərqi çox idi ... əsas fərqi isə "Məmə haradadır..?” dəyə soruşması idi. Mən cavab belə vermədən nənəmin yanına qaçdım kı, "Komandır gəlib…” Atam evdə olmadığı üçün nənəm narahat oldu. Oğluna nəsə olub deyə qorxmuşdur. Amma zabitlərı görüb oda anladı kı bu gəlişin məqsədi başqadır, və gülümsəyıb dedı: "Bunlar axtarıb səni tapıblar..?”

     Nənəmin gecələr rahat yatmağına səbəb oğlunun Komandirin gəmisində ışləməsı idi. Orda qəti dənizçi vərdişinə komandir-Ələkbər əmi icazə vərməzdı. Bu səbəbdən və dögər məlum qəhramanlıqlar səbəbindən Ələkbər əminin xətrini həqiqi mənada cox istəyərdi. Oğlu kimi bilərdı onu, adı çəkilən yerdə "adına qurban olum” dəyərdı.

Amma nənəm öz övladı bıldiyi üçün Komandirə də başa salmağa çalışdı kı, "Artıq yaşlanmışam buna gücüm çatmaz, çox məsuliyyətli işdir, bu yaşımda çatdıra bilmərəm...”dedı.

Öz Komandirimiz hər kəs susandan sonra başını aşağı salıb sonra ayağa qalxıb dedi: "Məmə, bu uşaqlar hamısı bura gəlib Vətənin azadlığı uğrunda silaha sarılıblar, Azadlıq ısə qansız-qadasız olmur. Bəlkədə sənin bişirəcəyin xörəklər o əsgərlərın hansınınsa sonuncu yediyi isti və ləzzətli yeməklər olacaqdı…”

Nənəm özün saxlaya bılməyib doluğsandı. Bu söz stolda hər kəsə ağır təsir bağışlamışdı...və nənəm: "Ələkbər bala mən müharıbə görmüşəm, bilirəm nə qədər və necə canlar alır, nəcə sinələr dağlayır. Bu müharibədə də sizin nələr çəkdiyinizi və bundan sonrada nələr çəkəcəyinizi gözəl bilirəm…” Bu sözdən sonra nənəm yox dəyə bilməzdı, amma "gücüm çatan qədər” dedi. Üstəlik "Nəvəmi özümə köməkçi aparacam” deyib Ələkbər əmiyə baxdı. Hərbi hissənın komandiri "Ay xala nəvə nədi, mən sənə orda 25-30 əsgər verəcəm. Təki sən gəl”. Nənəm isə mənim baxışlarımdan artıq özümü orda hiss etdiyimi anlayırdı. Bəli, məndə orda idim. Hər gün döyüşə hazırlaşan əsgər və zabitlərlə həmsöhbət olardım.....xüsusəndə Şairlə.... O, şairin adını xatırlamıram çünkı hər kəs ona, ya "şair" dəyərdi, yada "Qoca" deyə müraciət edərdilər. Bəzən isə "Şaır nə tez qocaldın sən…”. Qəribə insan idi, elə bil ruhuma yaxın idi o şairin ruhu. Amma bır gün gəldi onlarda cəbhəyə yollandılar. Xəbərləri qaçırtmazdım kı, birdən onları göstərərlər...və görən zaman "Onlar mənim dostumdur” dəyə hər kəsə göstərim. ...və həvəslə səhər dostlarıma danışım.

    Bəli göstərdilər... Mən öz gözlərimlə gördüm onların bəzilərini. Amma çox heyif ki, Ələkbər əminin dediyi kimi gördüm. Uşaqlıq ağlımla bir az incimişdim Komandirımizdən. Amma sonralar eşitdim kı, onların bizim qəsəbədəki hərbı hissədə təlim keçmədən döyüşə getməməsi üçün cox çalışıb Komandirimiz. Və bu fədakarlığı sayəsində mən onların əksəriyyətini Qarabağdan böyük ruh yüksəkliyi ilə danışan görürdum. Hələ sonralar eşitdim ki,, hərbi hissəmizdə olan silah-sursat və ağır texnikanın Sovet qoşunu tərəfındən aparılmasına mane olmaq üçün Komandirimizin təşkilatçılıq etdiyi dəstə böyük fədakarlıq göstərib.

Bəli, bu mənim və bizim fədai Komandirimiz idi. Və bunlar mənim Komandır haqqında kiçik yaşlarımın kiçik xatırələrindən boylanan tarix olsada, həyatımda böyük məna kəsb etddiyini anladıqca ruhu qarşısında minnətdar olacağım qəhramanın əbədi heykəlidir.


Xatırlanarkən insana bir köks ötdürüb və sadə bır təbəssüm bəxş edənlərin o dünyada nə xoş halına...

 

Elnur ABBASOV

 

Uluyol.az

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300