Haker

 

 

Rusiyada bank sistemini şoka salan oğurluq hadisəsi baş verib.

Naməlum hakerlər "Metallinvestbank”ın hesabından 677 milyon rubldan çox (təxminən 9,4 milyon dollar) pul çıxarıblar.

Hüquq-mühafizə orqanlarındakı mənbə oğurluğun hakerlər tərəfindən edildiyini təsdiqləyib. Bankın informasiyasına əsasən fevralın son günlərində onların hesablarından 677 milyon rubldan çox pul başqa hesablara köçürülüb. Pulların fiziki şəxslərin adına olan bir neçə bank hesabına köçürüldüyü və nağdlaşdırıldığı güman olunur. Fakt üzrə cinayət işi qaldırılıb.

Oğurluqdan sonra "Metallinvestbank” Mərkəzi Bankdan xahiş edib ki, onu təcili elektron pul köçürmələri sistemindən çıxarsın.

Qeyd edək ki, "Metallinvestbank” öz aktivlərinin həcminə görə Rusiya bankları arasında 89-cu sıradadır.(lent.az)

 

 

 

 

 

 


 

 

Uluyol.info

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300