Böyük Britaniya hökuməti:"Koronavirus laboratoriyadan sızıb"

 

Yeni koronavirus Çinin Vuhan şəhərindəki bioloji tədqiqat laboratoriyasından sızıntı nəticəsində təbii yolla əmələ gəlib.

"Report” "The Sun”a istinadən xəbər verir ki, Böyük Britaniya hökumətinin fikrincə, həm elmi rəylər, həm də təhlükəsizlik xidmətlərin bu barədə rəyləri kifayət qədər əsaslıdır.

Belə ki, ölkənin Baş naziri Boris Consonun rəhbərlik etdiyi "Cobra” fövqəladə komitəsinin bir nümayəndəsi kəşfiyyat xidmətinin brifinqindəki nitqi zamanı təhlükəsizlik xidmətlərinin artıq sızıntının mümkünlüyü qənaətinə gəldiklərini, virusun heyvanlardan törəməsinə dair əvvəlki versiyanın isə artıq müzakirə mövzusu olmadığını bildirib.

Hökumət sözügedən mənbənin bu iddiasını qəbul etmədiyini açıqlayıb.

Bundan əvvəl Çin rəsmiləri sızıntı iddialarını "internet dedi-qoduları” olaraq səciyyələndirmişdilər. Xarici İşlər Nazirliyinin sözçüsü Qenq Şianq dünya birliyinin yeni koronavirusla yanaşı həm də onun ətrafındakı müxtəlif sui-qəsd fərziyyələri, "siyasi virus”larla da mübarizə aparmaq məcburiyyətində olduğunu, sızıntı barədə iddiaların əsassız olduğunu bildirmişdi.

Dünyada dolaşan müxtəlif fərziyyələrin bir hissəsi koronavirusu məqsədyönlü şəkildə hazırlanan bioloji silah olduğunu hesab etsə də, bu kimi iddiaların tutarlı sübutu yoxdur.

Xatırladaq ki, Vuhanda yerləşən və Çindəki bu kimi müəssisələr arasında ən qabaqcılı hesab olunan Virusologiya İnstitutu koronavirus pandemiyasının başlanğıc ocağı hesab edilən heyvan bazarından 10 mil məsafəsində yerləşir. Həmin institutun əməkdaşları ilk olaraq koronavirusu yarasalarla əlaqələndiriblər.

Son məlumata görə dünyada COVID-19 virusuna yoluxanlar 1.282.383 nəfər, ölənlər 70.183 nəfərdir.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300