Zaqatalada kriminal avtoritet həbs edilib -FOTO

 

Zaqatala sakinini bıçaqlayan şəxs tutulub.

APA-nın məlumatına görə, Zaqatala rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində ötən gün Car kənd sakini, 1996-cı il təvəllüdlü İsmayıl Məhəmməd oğlu Musayevi bıçaqlayaraq hadisə yerindən qaçan, əvvəllər məhkum olunmuş Nəriman Kərim oğlu Qurbanəliyev tutulub.

Qeyd edək ki, məlum hadisə ötən gün axşam saatlarında rayonun Car kəndində qeydə alınıb. Kənd sakini, 1996-cı il təvəllüdlü İsmayıl Məhəmməd oğlu Musayev bıçaq yarası xəsarəti ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasına daxil olub. Müayinə zamanı İ.Musayevin yaşadığı kəndin ərazisində bıçaqlandığı məlum olub. Yaralı dərhal cərrahiyyə əməliyyatına götürülüb.

Faktla bağlı Zaqatala rayon Polis Şöbəsində araşdırma aparılır.

Xatırladaq ki, hadisəni törədən N. Qurbanəliyev kriminal aləmdə "Diska Nəriman” adı ilə tanınır. O, bir müddət əvvəl həbsdən buraxılıb.

N. Qurbanəliyev əvvəllər Zaqatalada "obşak”a baxıb və həbsdə olan avtoritetlərə pul toplayıb.

Onu da əlavə edək ki, "obşak” kriminal aləmin maliyyə vəsaitinin cəmləşdiyi ümumi büdcədir.

 

Zaqatalada kriminal avtoritet həbs edilib - FOTO

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300